Disk qabı üçün kağız ölçüləri

Salamlar.Mən bimək istərdim ki, bu disk qabılarının üstündəki kağızın ölçüləri neçədir.Mən neçə ölçüdə şəkil hazırlasam bu kağızın üstünə tam oturar.Bir də bu kağızlar digərindən fərqlənir.Lütfən adını da deyərdiz.Biri mənə dedi ki parlaq kağız deyirlər buna.Glossy Paper.İndi mənə lazımdı bunu ölçüləri.Cavablarınızı səbirsizliklə gözləyirəm

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Emin Mastizadeh (2012-01-28 22:03:49)
Deyin Disk üzü üçün qalın və ya sürüşkən vərəq. onu bilirəm ki,Glossy Paper ən çox ev printerlərində şəkil çapı üçün işlədilir. Özüm çox işlətmişəm, kraskanı həddən artıq çox işlədir.

Nicat Behbudov (2012-01-28 20:38:26)
Bəs bu vərəqin adı nədir.Çap mağazalarına daxil olanda necə müraciət edim?

Cabbarov Sübhan (2012-01-28 16:37:04)
Nero proqramın tərkibində CoverDesign adlı proqram var onula hazırlaya bilərsən əgər photoshop-la hazırlamaq istəyirsənsə, hər hans diskin üzlüyünü çıxar xəttkeş ilə enini uzunu öl daha sonra photoshop-da ö ölçülərdə sənəd yaradım üzərində işlə.

Emin Mastizadeh (2012-01-28 16:11:58)
Glossy Paper əsasən foto şəkillər üçündür. Siz disklər üçün xüsusi proqramlardan istifadə edin. Mən nero işlətmişdim vaxtında. İndi Ubuntuda dvd studio işlədirəm. Bu tip proqramlarda ölçülər hazır olur. Sizə yalnız şəkil və yazıları yazmaq qalır. Bir də qalın kağızlar üçün printerlər olan mağazalara müraciət edin.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Notebook ekranı dəyişdirmək (matte – glossy)