Facebookda reklam pulu necə ödənilir?

Facebookda,plastik kart vasitəsilə reklam yerləşdirən zaman ödəniş necə olur? Əvvəlcədən çıxırlar yoxsa hər bəyəndimə görə ödəniş hesablanır, yəqin ki fikrimi çatdıra bildim,məlumatı olan varsa zəhmət olmasa cavablandırsın..

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Elvin Hacı (2012-02-01 17:19:23)
Reklamın qiyməti klikə görədir. Hər klikin qiyməti 1 centdən başlayır. Amma qiymət təkliflə formalaşır, auksion kimi. Bütün reklam verənlər qiymətini təklif edir klikin, yerlərin sayı məhdud olduğuna görə kim daha çox təklif edib onun reklamı yayımlanır. Qiymət təyin edərkən facebook özü sizə təklif edir ki məsələn 0.16$ etsəniz hər kliki, o halda reklamınız problemsiz yayımlanar. Amma Facebook ən rahat yayıma olan qiyməti deyir deyə bir az baha deyir, ondan az da təklif etmək olar. Məsələn Azərbaycan bazarı üçün hazırda 6-7 cent təklif etdikdə tam rahat yayımlanır, 4-5 cent təklif etdikdə bir az aşağı sürətlə yayımlanır(yəni günə 5$ büdcə ayırmısınızsa məsələn, heç də hamısı xərclənmir bəzən). 1-3 cent təklif etdikdə isə demək olar ki reklam çox az hallarda yayımlanır.

black_09 (2012-02-01 16:05:08)
çox sağolun,bəs reklamın qiymətləri haqqında nəsə bilirsiz..?

Elvin Hacı (2012-01-28 02:37:12)
Salam. Plastik kartın məlumatlarını daxil edirsiniz, daha sonra hər kampaniyanın sonuna çıxır pulu, kampaniya müddətsizdirsə, bir neçə gündə bir dəfə çıxır. Yəni borc yığılır, sonra çıxır, hər like-da çıxmır. Kartda pul olmayanda isə siz ora borclu qalmış olursunuz və reklamlarınızı borcu ödəyənədək, yəni kartınıza pul qoyanadək dondururlar.