Micro SD kompyuterimdə işləmir

Salam mənim kompyuterimdə Micro SD işləmir mən necə edimki Micro SD işləsin? USB də işləyir ama Micro SD işləmir. Bir də əlavə sual: mənim saytım filmkralı Tk saytıdır orda mysql da ad olan hissədə səhv yazılıb sayta girəndə (((Access denied for user 'cinexman'@'localhost' (using password: YES)))) eror yazır mən necə eləyim ki sayta girib onu düzəldim datalayf saytıdı hal hazırda sayta daxil ola bilmirəm!!!! Kömək eləyin!!!!

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Sevdiyim100 (2012-06-20 17:08:21)
hə işləyir bircə kompyuter açmır!

WaRRioR (2012-01-31 00:11:30)
Kartında heç bir problem yoxdu? Yəni telefonda problemsiz olaraq işləyir?

Sevdiyim100 (2012-01-29 10:54:46)
Yox qaqaş hamısını yoxlamısam ama açmır kartı oxuyur ama göstermir birdə kartı taxarkən bele bir şey gəlir USB root hub 8 port!!!!

WaRRioR (2012-01-28 23:07:19)
Emin qardaş düz vurğuladı. Əgər kartda şifrə varsa kompyuter bəzən hətta kartı oxuya bilmir. Amma sənə drayver lazım deyil. Drayver anacq win98 üçün lazım olar. win98-dan bu yana çıxan bütün sistemlərdə kartları oxumaq üçün kompyuterdə qabaqcadan srayver olur. Əgər kompyuter oxumursa deməli kartda problem var. Ən yaxşısı kartı tax başqa smartfon (Symbian sistemində olan Nokia olsa yaxşı olar) modelə və onu format elə.

Emin Mastizadeh (2012-01-28 22:17:05)
MicroCD - üçün bəzi kompüterlərdə driver lazım olur, və belə kompüterlərin üstündə həmin driveri qoyurlar. O driveri yazın və sonra yoxlayın. Bir də ola bilsin telefonda və ya başqa cihazda karta şifrə qoymusuz, belə olduqda da kart açılmır. gərək təzədən həmin cihaza qoyub şifrəni pozasız. Başqa bir ehtimal, kartın böründə on\off düyməsi var. Həmin düyməni ola bilsin off rejiminə qoymusuz. onun yerini dəyişib yoxlayın.

Elvin Hacı (2012-01-28 20:50:05)
Zəhmət olmasa bir sual yerləşdirərkən ora bir birinə aid olmayan suallar yazmayın, hər birini ayrı daxil edin ki, cavab verənlərə cavab vermək asan olsun

Nicat Behbudov (2012-01-28 20:46:54)
Qaqaş DLE-dən yaxşı başım çıxır.Problem sənin Databazavın adı ilə bağlıdır.Sən gir phpmyadmində gör bazavın adı nədi,logini nədi.Using passvvord yes yazıb.Şifrəni dəyişməyə ehtiyac yoxdu.Sən bazavın adını və loginini öyrən.FTP-də engine/data/dbconfig.php faylında db_user hissəsini qabağında cinexman yazılıb onu əsl baza loginin ilə dəyiş.Bu qədər

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Mysql optimal cədvəl yaratmaq

Mysqlda bir neçə tabledən məlumat çəkmək

Təcili MySQL-də kömək

php mysql dan photo tablesi boş olarsa

Mysql la bağlı sual

Dreamweaver uzaq(remote) mysql bağlantı