WordPress-də 2 dilli sayt düzəltmək istəyirəm

Salam. Saytı 2 dilli etmək istəyirəm (rus və azərbaycan).İstəyirəm ki, dil funksiyası aşağıdakı tipdə olsun: misal.com/lang/az misal.com/lang/ru Faylları serverdə hansı papkada yerləşdirim ? Əvvəlcədən minnətdaram.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

maxxam (2012-05-04 23:31:42)
http://joomla-az.org/index.php/dersler/joomla/item/coxdilli-saytlar?category_id=20

Cabbarov Sübhan (2012-01-28 16:49:34)
Belə əziyət çəkməyə dəyməz siz sadəcə bir temanı istədiyiniz iki dildə edin. Və əsasə səyfədə dil dəyişmək üçün panel yerləşdirin. İstifadəçi dili dəyişəndə sadəcə tema dəyişsin. Bu qədər asandı.

Emin Mastizadeh (2012-01-28 16:08:31)
Birinə şəkil yükləyəndə linklər verilir. Yani birinə şəkil yükləyəndə o birinə ikinci dəfə yükləməyəcəksən. Sadəcə html redaktorda postu aç,copy et, digər bloqda cümlələri tərcümə et,kodlar qalsın.

Elvin Hacı (2012-01-28 13:34:22)
Bəli yekun nəticə baxımından effektiv həlldir iki ayrı dildə bloq. Amma onun da idarəetməsi çətin olacaq. Ayrı table-lar, ayrı admin istifadəçilər, bir sözlər bir dənə olması gərəkən çox sayda element iki dəfə yaradılmalı olacaq, bu isə heç də yaxşı hal deyil. Saytınızın kök papkasında iki papka yaradın az və en. Hər ikisinin içinə vvördpress quraşdırın, vəssalam. Yəni themes ilə həll edə bilməsziniz məsələni, kökdən haçalanmalıdır.

Ell Aliyev (2012-01-28 13:10:51)
Pullu plagindən istifadə etmişəm, çox narahat şeydir. Mənə birinci variant sərf edir-ayrı dillərdə 2 bloq.Amma default olaraq hansı papkada yerləşdirməyi bilmirən /themes papkasında yerləşdirmişdim bir xeyri olmamışdı. Sizcə bu 2 bloqu serverdə harada yerləşdirim ?

Elvin Hacı (2012-01-28 11:57:24)
WPMU pullu plugini var bunun üçün, bəli, amma pulsuz Qtranslate də var, başqaları da var, WPMU-dan daha azimkanlı olsalar da, əslində pis deyil, işə yarayar. Tamimkanlı və asan tərcümə plugini isə, təəssüf ki ümumiyyətlə yoxdur Wordpress üçün.

Tural Əlisoy (2012-01-28 11:55:50)
Sizə bu plagini məsləhət görürəm. Pullu olsada almağa dəyər http://wpml.org/

Emin Mastizadeh (2012-01-28 04:44:19)
Bir ayrı-ayrı papkalarda ayrı-ayrı dillərdə 2 bloq qura bilərsiz, bir də plugindən istifadə edə bilərsiz. Mən hələlik yalnız pullu plugin görmüşəm və bildiyim qədəri ilə pulsuz yoxdur. Tərcümə sistemləri isə düz tərcümə edə bilmirlər. Wordpress-in özündəki plugin search-də bəzi bu tip pulsuz plugin tapmışdım,amma heç biri düz,lazım olduğu kimi işləmir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

wordpress iki dilli sayt

WordPressdə bir saytın sürəti

WordPress shortcodes fərqləri

WordPress saytda footer hissədə dəyişiklik

WordPressde Azerbaijan srifti

WordPress-də Hazır Maxsimum Dəyişmək üçün Pluginlər?