Fayl köçürmə işinin avtomatlaşdırılması

Salam. Mənə faylların köçürülməsinin əvvəlcədən müəyyən olunmuş rejim vasitəsilə köçürülməsini təmin edən proqram lazımdır. Yəni proqrama qeyd edim ki, filan saatda "a" qovluğundan "b" qovluğuna faylları köçürsün. Ümid edirəm nə istədiyimi müəyyən qədər də olsa izah edə bildim. Əvvəlcədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

BNM (2012-01-30 19:58:28)
Əgər özün etməyi xoşlayırsansa belə bir məsləhət: 1 @echo off 2 xcopy d:\test\*.* e:\test\*.* /s /e “d:\test\*.*” və “e:\test\*.*” hissələrə kopyalanacaq və əlavə ediləcək ünvanları yazmaq lazımdır. Məsələn: 1 @echo off 2 xcopy c:\Users\BNM\Desktop\*.* d:\DesktopBackup\*.* /s /e faylı *.BAT kimi yaddaş yazırıq, məsələn: “Backup.bat” İndi bu faylın üstünə kliklədikdə təyin etdiyimiz qovluqdan digərinə faylları köçürəcək. Qaldı vaxtla etmək. Windows-un Tapşırıq Planlayıcısı (Планировщик заданий) funksiyası ilə bu bat faylı vaxt ilə avtoişədüşməyə qoyuruq və beləliklə, təyin etdiyimiz vaxtlarda bu fayl işə düşəcək və təyin edilmiş qovluqlar arasında fayl köçürməsi edəcək.

Akif Mammadov (2012-01-30 16:42:25)
baxdım bu mozilla firefox üçün plugindir. işimə yaramadı :(

Rafael Ismayilov (2012-01-30 16:18:25)
http://download.cnet.com/AutoCopy/3000-11745_4-10905491.html Bunu yoxla