Keyboardda simvol daxil etmədə problem var

Klaviraturada tək dırnaq və cüt dırnaq yazmaq istəyəndə yazılmır. Gərək o işarəni iki dəfə sıxam. Və bu dəfə iki ədə işarə yazır. Birdən birə elə oldu.

Verilmiş cavablar və yazılan şərhlər (20 cavab var)

Emin Mastizadeh (2012-01-31 01:12:20)
Ubuntunu özün də yaza bilərsən. Bu çox rahatdır. Sadəcə ubuntu.com saytından cd və ya flash versiyanı yüklə. Sonra diskə yaz,və kompüter açılanda boot et. Mən bu haqda faylları itirmədən kompüterin formatı mövzusunda yazmışdım: http://em94.tk/blog/

Emin Mastizadeh (2012-01-31 01:10:07)
Bir də sənin problemin haqqında. Ola bilsin, sən shift+həmin düyməyə nəsə bir funksiya veribsən. Və ya yazdığın proqram verib. Keyboards settingsdən yoxlamalısan. Windowsda bundan xəbərim yoxdu,amma Ubuntuda yuxarıda settings keyboard seçəndə gəlir.

Elvin Hacı (2012-01-31 01:07:29)
Flash üçün, audio, video üçün Ubuntuda harasa girib nəsə yükləmək lazım deyil qətiyyən. Elə sistemin üstünlüyü də odur, hansı media faylı açdıqda aça bilməsə özü lazımi paketi təklif edir, sən də sadəcə təsdiq edirsən, vəssalam. Yəni Ubuntunun əsas fərqlərindən biri budur: ki installdan sonra özü hər şeyi düzüb qoşur, cd taxmaq, internetdən nəsə yükləmək və.s. heç nə lazım deyil. Software Center isə tətbiqi proqramlar üçündür əsasən. Hərçənd təbii ki sistem proqramları da orda mövcuddur re-install, update və.s. üçün

Xeyal Quliyev (2012-01-31 01:07:28)
Bəs mənə Ubuntunu kim yükləyəcək? :)

Emin Mastizadeh (2012-01-31 01:06:29)
Notepad++a gəldikdə isə,bluefish,gedit və sublime text 2-ni gördükdən sonra onu unudacaqsan)))

Emin Mastizadeh (2012-01-31 01:04:51)
Xəyal,sabahkı məqaləmdə Windowsda olan əksər proqramların Ubuntuya rahat keçirilməsindən yazacam. Vaxt olsa lap bu gün axşam yazaram.

Emin Mastizadeh (2012-01-31 01:02:38)
Proqram təminatı artıq çoxalıb. Son ildə çoxlu yeni proqramlar çıxıb. Sadəcə Ubuntu soft centerdə bütün proqramlar yerləşdirilmir. Driver təminatı isə linux kerneldən asılıdır. Linux kernel 3də bir çox avadanlıqlar stabil işlətir. Çatışmayan driverləri isə cavablar.net saytından əldə etmək olar.

Xeyal Quliyev (2012-01-31 01:02:30)
ColorPicker necə olacaq? Çünki mən bilən exe fayllar işləmir ubuntuda.

Elvin Hacı (2012-01-31 01:01:38)
Kifayət qədər müzakirə etmişik deyə təkrara gərək yoxdur. :) 20 milyon məmnun Ubuntu istifadəçisi var, onlar driveri kosmosdan yükləmir ki? :) Ubuntu çox stabil, install and ready sistemdir. Proqram təminatı baxımından çox zəngindir, hətta külliyyatdır, üstəlik də kiminsə haqqını tapdayıb crackla keygenlə yox, halal lisenziya ilə işləyirlər :)

Xeyal Quliyev (2012-01-31 01:01:27)
Düymə xarab deyil. Dili dəyişirəm Ə hərfi yazmaq üçün elə bir dəfəyə Ə hərfini yazır. Ama elə ki, çevirirəm İngilise tək dərnaq və shift+cüt dırnaq yazmaq istiyirəm bir dəfə basıram yazmır. İkinci dəfə basıra dvoynoy yazır.

Emin Mastizadeh (2012-01-31 00:59:32)
Ümumiyyətlə flash və digər musiqi formatları üçün yükləyən kimi Ubuntu Soft Center adlı bölməyə daxil olum flash və ya gstreem yazırsan və sənə lazım olanlar çıxır. Photoshopun tamamilə ubuntuya keçirilməsi haqqında sabah bəlkə blogda yazdım. Artıq demək olar ki,hazırdır məqalə. Həmçinin gimpshop işlədə bilərsən. Başqa bir blog yazımda windowsda olan proqramların Linux üçün analoqları haqqında yazacam.

Elvin Hacı (2012-01-31 00:58:41)
Biz iki ildir online videolara baxa bilmirik? :) Ayrıca sual yerləşdirsən Ubuntuda çəkindiklərinə dair, cavablayarıq. Ubuntu.com-dan son versiyanı yükləyirik, burn edirik CD-yə, CD yoxdursa hətta flaşkaya da burn etmək olar, sonra CD və ya flashkadan kompüteri boot edib install edirik, vəssalam

Emin Mastizadeh (2012-01-31 00:55:27)
Ubuntu ilə bağlı nə sualın olsa dərhal ver. Hələlik cavab tapa bilmədiyim sual olmayıb.

BNM (2012-01-31 00:54:59)
Daha ətraflı yaz. Əgər bu problem bircə düymədədirsə ola bilər həmən düymə xarab olub. Mövzudan kənar: Elvin, bu qədər də yox da) Və cavab verirəm: Mənim üçün Ubuntu; İşimi tam görə bilməyəcəyim, proqram təminatı baxımından kasıb, driverləri qeyristabil (bir neçə dəfə rastlaşdığımdan təcrübəmə əsasən deyirəm), ancaq xüsusi işlər üçün nəzərdə tutulan sistemdir.

Xeyal Quliyev (2012-01-31 00:54:50)
Mən elə bilirdim flash açmır ona görə )). Tək qorxum o idi. Yoxsa mənim notebookdan tələbim Notepad++, Localhost+vvordress, hərdən Photoshop. Və ColorPicker mütləq

Emin Mastizadeh (2012-01-31 00:51:02)
Onlayn videoya baxa bilməmək qorxusun başa düşə bilmədim? Nədən qorxasan ki? İnternet daha da sürətli olacaq. Videolar daha tez yüklənəcək. Flash isə daha tez işləyir. Virus isə olmur.

Xeyal Quliyev (2012-01-31 00:47:55)
Ubuntu yükləyə bilmirəm, diskim yox. Online videolara baxa bilməmək qorxusu və s.

Elvin Hacı (2012-01-31 00:45:40)
Mövzudan kənar. Niyə hələ də Ubuntu yox, Win7?

Xeyal Quliyev (2012-01-31 00:43:49)
Win7 Ultimate 64

Emin Mastizadeh (2012-01-31 00:43:12)
Handı sistemdir? Windows?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Windows 7 aktivasiya olmur

Windows 7 üçün Windows 10 yükləmək

Kompüter enerji yığmır.

Notebooka Windows 7 yazılmır

klavyaturanin dilin dəyişmək

Max Payne 2 Açılmır