Ubuntu Notepad++ əvəzedici

Ümumiyyətlə Ubuntuya Notepad++ yükləmək mümkündürmü? Ona öyrəşmişəm. BlueFish yüklədim xoşuma gəlmədi, rahat deyil mənim üçün.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Emin Mastizadeh (2012-02-01 00:34:13)
Mən Notepad++ işlədirdim vindovsda olanda. İndi ubuntuda gedir və bluefish mənim üçün bu proqramı tam əvəz edib

Elvin Hacı (2012-01-31 14:14:20)
Notepad++ və digər Windows proqramlarının Windows versiyasını da yükləyə bilərsiniz. Wine proqramını yükləməklə. Wine Windows proqramlarını Linuxda asanlıqla açmağı təmin edir. Amma məsləhət deyil, çalışmaq lazımdır sistemin öz mühitinə uyğun proqramlar işlədilsin.

Elvin Hacı (2012-01-31 14:12:38)
Sublime Text 2 ümumi rəylərə görə Notepad ++ qədər, hətta ondan daha yaxşı editor sayılır. Onu yükləyin. Hazırda Ubuntuda ən yaxşı editor ümumi fikrə görə məhz odur. Mən özüm Geany işlədirəm editor kimi, İDE olaraq isə Netbeans for PHP. Geany daha çox xoşuma gəlir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ubuntu haqqında suallarım var.

Ubuntu 11.10-da neçə proqramı autostart-a əlavə eliyim?

Ubuntu 11.10 “sleep” olduqdan sonra, ekran yenidən açılmır

Ubuntuda parolu bərpa etmək lazımdır

ubuntuda wordpress qurmaq

Ubuntu 14.04 və problemlər