Facebook-da xəstə uşaq şəkilləri paylaşıb pul toplamaq söhbəti doğrudurmu?

Son zamanlar Facebookda ağır xəstə olan uşaq şəkilləri paylaşılır, hər paylaşılan şəklə görə FAcebook-un uşaq üçün 3 cent ödədiyinə dair alt yazı da olur. Bu nə dərəcədə doğrudur?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Elvin Hacı (2012-02-01 21:22:39)
Bu tamamilə yalandır və spammerlərin əl atdığı yeni hiylə növüdür. Ənənəvi spam yolları tükəndiyindən çirkin yollardan istifadə edənlər də yeni üsullar düşünürlər. Bir sözlə insanların həssaslığından istifadə edib öz səhifələrini reklam etmiş, daha çox "Like" toplamış olurlar. Facebook heç vaxt kiminsə həyatını hərraca qoymuşcasına, paylaşın, mən də onu xilas edim tipli çıxışlar edib xətaya yol verməz, ən azından bu qeyri etik bir şey olardı. Həm də Facebookun qərarlarını onun rəsmi blogundan öyrənmək olar, hansısa fırıldaqçı səhifələrin şəkilaltı yazılarından yox. Odur ki, özünüz də bilmədən dələduzlara yardımçı olmayın. P.S. Sual və cavab məlumatlandırıcı xarakter daşıyır və sayt rəhbərliyi tərəfindən yerləşdirilib.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Facebook hesabının silinməsi

Facebook hesabıma girə bilmirəm

facebook-da səhifə-də ikon qoymaq

Facebook-da arxa fona şəkil qoymaq

Facebookda adımı dəyişə bilmirəm…

Facebookda dostumun profilinə necə girməli?