Nokia N9 yoxsa Samsung Galaxy S2 ?

Salam hal hazırda məndə Nokia N9-dur. Mən çox proqram oyun oynadığımdan istəyirəm ki Samsung Galaxy s2-ye dəyişim. sizcə dəyişməyə dəyər? yəni hansl daha üstündür? qiymətdə nokia n9 təxminən 30 40 azn üstündür . Bəs funksiyada?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Tural Əlisoy (2012-02-01 17:28:58)
Fikri dəstəkləyirəm və Galaxy SII məsləhət görürəm. Bu videoya baxdıqdan sonra fikrimi dəyişməkdə istəmirəm :)

Elvin Hacı (2012-02-01 02:31:36)
Nokia N9 yaxşı telefondur, amma qiymət, proqram təminatı bolluğu, aparat təminatının üstünlüyü baxımından müqayisə etsək, Galaxy S2 2 dəfədən də çox üstün smartfondur. Siz sadəcə hər iki smartfonu yanbayan tutub 1-2 saat test eləsəniz, hər şey aydın olacaq. Dəyişməyə dəyər, bəli. Təkrar edirəm N9 yaxşı smartfondur, Nokia kimi keyfiyyətli aparat istehsalçısı istehsal edib, Meego kimi sürətli və təhlükəsiz əməliyyat sistemi var. Amma mənfiləri çoxdur: Galaxy ilə müqayisədə aparat gücü, parametrləri xeyli aşağıdır, Meego Nokia tərəfindən artıq imtina edilmiş atılmış əməliyyat sistemi olduğundan elə də güclü dəstəyi yoxdur, proqram təminatı bazası çox kasaddır. Galaxy S2-də isə durum fərqlidir, 100 minlərlə proqramın olduğu Android sistemdə çalışır, gələn aya bu model üçün Android 4.0 versiyası çıxacaq, ekran baxımından bütün smartfonlardan üstün modeldir, nazikdir, çox stabildir və.s.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Galaxy S2 haqqında bilməm və etməm gərəkənlər

Samsung galaxy s2-də problem

samsung galaxy s2 yoxsa samsung galaxy grand duos i9082?

Samsung galaxy s2 problem

Samsung Galaxy S2-də HD zoom problemi

Korea istehsalı Samsung Galaxy S2 Sim kart problemi.