Xaker proqramları paylaşmaq doğrudur?

Salam. Bir yerli saytda xaker proqramları yerləşdirilib yükləmək üçün, bu nə dərəcə də doğrudur?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

WaRRioR (2012-02-02 15:20:55)
Azərbaycan Respublikasının qanunvericiliyə əsasən belə proqramların yayılması olmaz və buna müvafiq olaraq cinayət məsuliyyəti düşür. Amma bu həmişə müsbət reaksiya vermir. Çünki internet açıq aləmdir. Bir proqram ortaya çıxsa onu yüzlərlər və ya milyonlarla saytda görmək olar. Həmin saytları isə belə proqtamlara görə məhkəməyə cəlb etmək düzgün deyil. Çünki sayt xəbəri yerləşdirərkən xəbərdarlıq verirsə və xəbərin tanıtım xarakterli olduğunu bildirirsə həmin saytı məhkəəyə cəlb etmək gülüncdür. Amma həqiqətəndə həmin proqramı istehsal edən fiziki və ya hüquqi şəxs tapılarsa o cinayət məsuliyyətinə cəlb oluna bilər.

Aziz Elkhanoglu (2012-02-01 22:21:13)
Həmin proqramlar elə də böyük əhəmiyyət kəsb eləmir. Ola bilsin Sizin yükləmək istədiyiniz məlumat, xakerlik haqqında məlumat ola bilər.

Elvin Hacı (2012-02-01 21:35:31)
Salam. O proqramın dəqiq olaraq nə iş gördüyünü bilmirəm, amma əgər zərərverici xarakter daşıyırsa, o saytın rəhbərliyi və ya onu yerləşdirən şəxs buna görə məsuliyyət daşıyır, sabah nəsə olsa kiminsə saytına maddi ziyan dəysə onlar vasitəsilə, hüquqi şəkildə cavab verməli olacaqlar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hackerlərlə bağlı məlumat axtarıram

Step IT yoxsa CodeAcademy ?

Point Blank rus

E-mail oğurlanıb və adımdan paylaşımlar edilib.

WordPress təhlükəsizliyi.