Android bir application’u telefonda necə test eləmək olar?

Androidde ilk app'imi yazıb qurtarandan sonra indi test eləmək istəyirem bunu telefonda test eləmək istəyirəm bunu necə etmək olar?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Ferid Mövsümov (2012-02-03 15:44:31)
Emin Mastizadeh teşekkür edirem.

Emin Mastizadeh (2012-02-03 14:12:07)
Test etmək üçün mən belə edirəm: Telefonu usb ilə qoşuram, eclipse-də proqramın(papkanın) üzərində sağ klik(opsiyalara daxil olmaq),oradan Debug as düyməsinə basın. Telefonunuzu seçib irəli basın, sonra telefonda açılacaq. eclipse-də aşağıya fikir ver. Orada proqramda olan səhvlər qırmızı rəngdə yazılacaq.

Ferid Mövsümov (2012-02-03 00:18:31)
Alındı çox sağol!

Elvin Hacı (2012-02-03 00:12:13)
Export edərkən keytstore istəyir, new keystore seçirsiniz, path yerində hər hansı folderi seçib olmayan bir txt fayl adı yazırsınız, məsələn c:/key.txt sonra da parol təyin edib next verirsiniz.

Ferid Mövsümov (2012-02-03 00:09:36)
Preferences->Android->Build->default keystore

Ferid Mövsümov (2012-02-03 00:08:07)
Keystore soruşur onu hell edemmedim compyuterde yerini tapıb o değeri girirem qebul elemir.

Elvin Hacı (2012-02-02 23:50:49)
Eclipse-də File->Export->Export Android Application seçirsiniz, sonra next next ilə tamamlayırsınız, seçdiyiniz qovluqda APK faylı yaranır. Onu atırsınız usb ilə telefona, telefonda üstünə klik etməklə install olunur, vəssalam. Sadəcə diqqət etmək lazımdır ki, smartfonuzda Settings-Applications bölməsində Unknown Sources-a icazə vermisiniz ya yox.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Android beyin yenilənməsi

Telefonda reklam səifəsi açılır

Microsoft Office Word Android

Telefon seçimində kömək lazımdır

Format olmuş Android telefon fayıllarını geriyə qaytarmaq

Tətbiqetmə axtarıram