PSD-dən HTML-ə keçid ən qısa yol

Salam. Dizaynerlər bu işi yaxşı bilər, mən adətən hazır dizaynlar üzrə php-də proqramlaşdırıram. Açığı dizayn sahəsində elə də təcrübəm yoxdur, amma çatışmamazlıq və ehtiyac olduğundan gərək öyrənim. Photoshop-da qurduğum dizaynı necə inteqrasiya edim HTML-ə? ən qısa və ən məsləhətli yol hansıdır, necə reallaşdırıla bilər?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Dekameron (2012-02-06 09:42:24)
Ətraflı cavabınız üçün təşəkkür edirəm. Bəzi tool-lar tapmışdım çox pis konvertirovka edir. Yenə də əl işinə qayıtmalı olacam deyəsən, çox sağolun

Elvin Hacı (2012-02-03 10:57:50)
Salam. Bu Verstka prosesidir, Photoshopda bunun üçün bəzi toollar olsa da(slice-dır səhv etmirəmsə), avtomatik yaxşı həll yoxdur bunun üçün, çünki hər dizayn unikaldır, fərdi yanaşma tələb edir. Ən yaxşı yol əllə kəsib doğrayaraq etməkdir. PSD-ni tam mükəmməl formada HTML-CSS-Javascriptə-ə keçirmək özü ayrıca bir sənət hesab olunur, elə də asan məsələ deyil. Bu işi sadəcə olaraq öyrənmək lazımdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

HTML’də sağa doğru uyğunlaşma

twitter-də olan textarea forması necə düzəldə bilərəm?

SQL və HTML-i bilməklə iş tapmaq

Veb sayt üçün müxtəlif dizayn tətbiqi

Echo da html teqləri

HTML koda blok