Saytda axtarış zamanı Azərbaycan dili ilə bağlı problem yaranır

Salam bütün proqramistlərə. Saytımda Azərbaycan və ya non-english sayılan dillərə uyğun hərflərlə TEQ-lərdə axtarış edəndə script bu hərfləri qəbul etmir. Məsələn Ə hərfi yazıb axtarıram nəticələrdə isə bu hərf görsənmir və göstərir ki ə hərfi yox, %C9%99 axtarış olunub.bu nədən ola bilər?zəhmət olmasa kömək edin.Qeyd edim ki,saytın başqa hissələrində Dil problemi yoxdu

Verilmiş cavablar və yazılan şərhlər (13 cavab var)

Flash_editor (2012-02-06 02:05:26)
lokalda acha bilseydim....ag sehife yaranir qalir.eyni serverde bashqa domen adina yukleyirem yene ele olur.sehv de yoxdur.basha dushmurem niye beledi.eyni serrver eyni ftp fayllari..subdomen de deyil ki deyim subdomenlikdi

Elvin Hacı (2012-02-06 00:44:57)
Əslində cavab verilib, siz sadəcə deyilənləri lokal kopyada sınaqdan keçirin hamısını, heç vaxt orijinal bazanın özündə işləməyin, kopyada eksperiment aparın

Oruc Yaqubov (2012-02-06 00:39:46)
busualima deqiq cavab olsa sevinerem

Oruc Yaqubov (2012-02-04 23:58:10)
Valeh,export-edit-import yolu ile men inanmiram tam alinsiz yeni ki butun baza export olmur ondan qorxuram ki,alem deyer bir-birine.siz deyen usulu ise:

İkinci şəkildən görünür ki, siz yalnız müvafiq sütunun collation-ını UTF8 olaraq təyin etmisiniz, amma cədvəlinki isə yenə latin1-dir. Yuxarıda Əməliyyatlar (Операции) bölməsinə daxil olub, oradan cədvəlin də collation-ını UTF8 olaraq təyin edin.
[code]http://s018.radikal.ru/i515/1202/ed/71469ae62435.png[/code] burada utf-8 kimi geyd olunub.iindi nece deyishmek olar?

Valeh Hajiyev (2012-02-04 18:24:51)
Hər iki yol ilə edə bilərsiz. Ya yazdığınız kimi export->edit->import, ya da ki, baza, cədvəl və sütunlara uyğun collation-ların hər birinə uyğun charset təyin etməklə.

Oruc Yaqubov (2012-02-04 15:52:47)
tesekkur cavabiniz uchun.demeli script qurashdirilanda *.sql faylinda latin1_swedish sazlanishdi.buna fikir vermedin men.import etdim elece de.indi men tezden export/edit/import edim ya deyishmek olacag bunu export etmeden?php ishledirem zehlem olmasa komek edin

Valeh Hajiyev (2012-02-04 14:27:06)
İkinci şəkildən görünür ki, siz yalnız müvafiq sütunun collation-ını UTF8 olaraq təyin etmisiniz, amma cədvəlinki isə yenə latin1-dir. Yuxarıda Əməliyyatlar (Операции) bölməsinə daxil olub, oradan cədvəlin də collation-ını UTF8 olaraq təyin edin. Digər tərəfdən ola bilər ki, MySQL server quraşdırılarkən default charset olaraq UTF8 seçilməyib, onda sizin script fayllarınıza və bazalara UTF8 təyin edilsə də, yenə qayıdan nəticədə unicode problemi olacaq. Ona görə siz SET NAMES UTF8 sorğusunu göndərərək MySQL server-in charset-ini nizamlaya bilərsiz. Əgər PHP istifadə edirsinizsə bu əməliyyatı etmək üçün MySQL əlaqəsini təyin etdiyiniz faylda MySQL əlaqəsindən sonra aşağıdakı sətiri əlavə edin: [code]mysql_query("SET NAMES UTF8");[/code]

Oruc Yaqubov (2012-02-04 04:08:47)
Z'hm't olmasa buna baxin. [code]http://s017.radikal.ru/i434/1202/ba/cf531f4f6998.png[/code] bunu burbasha export-import etmeden deyishmek olar? amma icherisinden girib deyishmishem ut8 etmishem [code]http://s017.radikal.ru/i432/1202/8e/0de715511491.png [/code] bir de ki export edirem gah 1.2 mb olur gah 1.4mb .mysql-de gosterir 1.5mb -di cemi.bu neden ola biler?

Elvin Hacı (2012-02-04 02:35:57)
Bazanı tam olaraq utf8-ə keçirsəniz yaxşı olar. Hər yerdə utf8_general_ci. O simvolları isə replace edə bilərsiniz, onsuz da ən uzağı 10-12 dənə olur o simvoldan. Bir bir update table set field=replace(field,"find","replace") ilə etmək olar. Təbii ki bütün bunları table-ın backupunu çlxardıqdan sonra etmək lazımdır ki birdən korlanar nəsə. Bundan sonra isə bazada pişik elə pişik kimi görünəcək. Əvvəldən utf8 etsəydiniz də olduğu kimi görünərdi hər şey.

Oruc Yaqubov (2012-02-04 02:04:01)
Elvin müellim.mene bir shey maraglidir.meselen teq-ler azerbaycan herfleri ilə olduqda ,mysql bazada pişik - piÅŸik gorsenir.bu bele de olmalidir mi?yoxsa utf8 olduqda mysql bazada da pişik kimi görünəcək? MySQL bazani import/export etmədən unicode-u deyishe bilerem mi tam? localhosta daxil olduqda - Сервер: localhost - База данных: SQL_bazanin_adi teqler (tags) latin1_swedish gorsenir.Amma table-in ozune daxil olduqda Сервер: localhost - База данных: SQL_bazanin_adi-Таблица : tags buradan tags utf8 kimi gorsenir eger bash sala bilmedimse screen chekerem

Elvin Hacı (2012-02-04 00:24:31)
Axtarış kəlməsin urldecode() edə bilsəniz nəticə tapılar məncə. Ümumiyyətlə isə baza table-ları həmişə utf8 etməyə çalışın.

Oruc Yaqubov (2012-02-04 00:22:14)
bunlar artiq sazlanib.dedim axi saytda bashqa hisselerde problemsiz ishleyir.yalniz teg axtarish zamani bele olur.mysql ile bagli ola biler?utf8 deyil.latin1_swedish-dir

Emin Mastizadeh (2012-02-03 21:09:02)
php səhifədirsə bu kodu əlavə edin: [code] <?php header('Content-type: text/html; charset=utf-8'); ?> [/code] HTML səhifədirsə: [code] <meta http-equiv="Content-Type" content="text/html; charset=UTF-8" /> [/code] Və ya .htaccess faylına bu mətni əlavə edin: [code] AddDefaultCharset utf-8 [/code]

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress, Woocommerce və Buddypress mütəxəssisi axtarılır

Saytda qeydiyyat və forumun yaradılması.

PHP MySql ucun kurs

PHP işləməsi

Onlayn film izləmək üçün sayt açmaq.

PHP Upgrade problemi