Ubuntu 11.10-da neçə proqramı autostart-a əlavə eliyim?

Hər yerdə 11.04-çün instruksiya var amma 11.10 versiyasıynan Control Panel fərqlidi.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Teymur Najafov (2012-02-04 11:22:59)
Təşəkkürlər.

Emin Mastizadeh (2012-02-04 07:31:10)
Ubuntu software center-də task manager yazın,və task proqramlarından birini yükləyin. Bundan sonra hər hansısa proqramı açanda oradan proqramın komandasına baxa bilərsiz.

Elvin Hacı (2012-02-04 01:29:17)
Skype-ın komandası sadəcə Skype-dır. Proqramın adı olur adətən komanda

Teymur Najafov (2012-02-04 01:02:48)
Mən elə komandasını bilmirəm hardan tapım.Ubuntu 11.04 guide-dar Control Panel-la girib orda proqramın komandasını baxmaq təklif eləyillər. Skype proqramını əlavə eləmək istəyirəm amma ümumiyətlə komandasını hardan baxıllar öyrənmək istərdim.

Elvin Hacı (2012-02-03 23:39:20)
Salam. Çox sadə. Sağ tərəfdə ən yuxarıda Settings düyməsinə basın menyudan Startup Applicationsu seçin. Açılan pəncərədən programın komandasını(adətən proqramın adı olur bu) yazın və yaxud da sadəcəc browse ilə proqramın execute faylını seçib OK verin. Vəssalam. Çətinlik olsa proqramın konkret adını deyin, ona uyğun konkret təlimat yazaq

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Kernel developer olmaq üçün hardan başlamalı

Kubuntu haqqında bir neçə sualım var.

audio podcast və audio kitablar

Kubuntu quraşdırılmasından sonra lazım olan vacib yükləmələr hansılardır?

Ubuntu əməliyyat sistemi haqqinda

Ubuntu 10.10 ilə Windows 7 arasında fayl əlaqəsi