Google Chrome Canary üçün daimi link axtarıram

Salam, sualım belədir: dekabr ayının əvvəlinə qədər Google Chrome Canary-ni yükləmək üçün yaxşı bir hotlink bilirdim: v21.lscache4.c.bigcache.googleapis.com/chrome-canary/chrome_installer.exe Web-proqramçı olmadığımdan linkin necə və nəyə əsasən işlədiyini bilmirəm, bildiyim o idi ki, Chrome Canary-nin ən son versiyasını yükləyirdi. Dekabrın 10undan sonra link "işləmədi", yəni link işləkdir. Kliklədikdə chrome_installer.exe faylı endirilir, ancaq v17.0.963.3 versiyasını... Bu isə artıq köhnə versiyadır. İki şeydən şübhələnirəm: əvvəla ola bilər ki, Google şirkəti özü linkə müəyyən məhdudiyyət qoyub, ya da ki, 1000-dən sonrakı versiyanı (hal-hazırda 18.0.[u]1025[/u].3) link dəstəkləmir. İkinci versiyaya özümün də inanmağı gəlmir, ancaq mümkün haldır. Sualım: Google Chrome Canary-nin ən son versiyasını yükləyən yeni bir hotlink bilirsinizmi?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Mehman Elxanoglu (2012-02-07 11:44:48)
Bu linkləri də bilirəm. Bu linklər konkret versiyanı yükləyir. Versiyanı dəyişməklə ən son versiyanı axtarıb, tapmaq olar. Ancaq mən yazdığım v21.lscache4.c.bigcache.googleapis.com/chrome-canary/chrome_installer.exe linki isə 24 saat ərzində çıxan ən son versiyanı endirirdi, versiyanı əllə düzəltməyimə ehtiyac qalmırdı.

BNM (2012-02-07 02:28:02)
Chrome, versiyalarını, artıq ayrı-ayrı linklərdə verməyə başlayıb: dl.google.com/chrome/install/1025.3/chrome_installer.exe dl.google.com/chrome/install/1025.1/chrome_installer.exe dl.google.com/chrome/install/1017.2/chrome_installer.exe dl.google.com/chrome/install/1010.1/chrome_installer.exe

Mehman Elxanoglu (2012-02-05 19:01:35)
Bu linki bilirəm, bu online setupın linkidir. Mənə daim offline setupın ən son versiyanı yükləyəcək hotlink lazımdır.

WaRRioR (2012-02-05 12:06:55)
http://tools.google.com/dlpage/chromesxs

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Google Adsense haqqında

Google-da axtarışda problem

Missing Plug-in Chrome

Firefox, yoxsa Chrome?

Google-u sayta dəvət etmək

Adsense test ödəmə gəlmədi