İnternetdə faylların saxlanılması üçün etibarlı sayt axtarıram

Salam. Mən özümün şəxsi şəkillərimi,tekst fayllarımı, videolarımı saxlamaq üçün etibarlı bir sayt varmı? İstəyirəm ki hər yerdən saxladıgım fayllara baxa bilim. Bunu necə edə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

Emin Mastizadeh (2012-02-06 00:54:22)
Mən Ubuntu One istifadə edirəm,həm telefon,həm də kompüterdə işləyir. Mənə çox rahatdır və üstəlik təhlükəsiz sayılır.

Oruc Yaqubov (2012-02-06 00:38:52)
Eger bu seni shexsi fayllarindirsa.Heqiqeten kimdense gizletmek isteyirsense bunu hansisa upload sitelerden gizletmeyin meslehet deyil

Alehandro Morfeo (2012-02-05 23:09:33)
Cavablar üçün çox sağolun...

Elvin Hacı (2012-02-05 22:58:47)
Kamran, siz deyən fayl paylaşım saytlarıdır, sualda isə file storage servisi soruşulur.

Alehandro Morfeo (2012-02-05 22:54:37)
Məndə facebookda qrup yaratmaq və qrupu bu vasitə kimi istifadə etmək istəyirdim.

Kamran Nadjafzadeh (2012-02-05 22:52:38)
Məncə İnternetdə etibarlı deyə bir şey yoxdu Buna MegaUploadın bağlanmasını nəzərə çatdıra bilərəm digər servislərdən RapidShare ümumiyyətlə inanmaq olmur... Boxca apar qaytar Share.az məncə normal işləyir İstifadə eləmək olar Video saxlamaq üçün Youtube istifadə eləyə bilərsən məncə... Əslində bunlar üçün sosial şəbəkənin faydalarından istifadə edə bilərsən Video və fotoları saxlayarsan

Alehandro Morfeo (2012-02-05 22:51:41)
Dropbox da iki fərqli akount açmaq mümkündür?

Elvin Hacı (2012-02-05 22:51:26)
Dropbox da etibarlıdır, GDocs da. Https ilə çalışırlar, hər hansı güvənlik problemi də müşahidə olunmayıb.

Alehandro Morfeo (2012-02-05 22:46:44)
Ən yaxşısı ən etibarlısı hansıdı?

Elvin Hacı (2012-02-05 22:45:01)
Dropbox.com bu iş üçün çox yararlıdır. Əla xidmətdir. Amma 2 gb(səhv etmirəmsə) limiti var, artırmaq üçün pul ödənilməlidir. Google Docs da həmçinin 1GB sahə verir, şəxsən mən Dropboxdan yox, Gdocsdan istifadə edirəm. Cəmi 5$ ödəməklə 1GB-ı artırıb 21GB etmək olur 1 il ərzində. Başqa saytlar da çoxdur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Saytım Google-də tapIlmır, niyə?

Kompyuter hisselerini xaricden almaq ucun en ucuz saytlar

Template edirmek

Youtube-da məni izləyənləri görmək

Saytda reklam qiymətləri

Saytda Mobil Versiya