Kompyuteri yandıranda ağ ekran gəlir

Komputeri yandıranda ağ ekran gəlir.Yəni raboci stol gəlməli idi.Ama ağ ekran gəlir.əvvəl dipecer zadac a girirdim sonra novay zadaca ora explorer.exe yazırdım aşılırdı.indi heeç oda olmur

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

BNM (2012-02-07 02:20:17)
Bu vəziyyətdə etməli addaımlar: 1. İlk olaraq sistemi Safe Mode (komp açılmağa başladıqda tez-tez F10 düyməsini sıxmaqla açılan menyudan Safe MOde seçirik) ilə aç, kompüter açılsa və ağ ekran olmasa deməli problem Əməliyyat sisteminin zədələnməsi kimi proqram təminatındandır. 2. Bu üsulla yoxladıqda yenə də ekran ağdırsa çox güman ki, Videokart xarabdır, Ana kartın (Motherboard) monitor çıxışı varsa monitorun naqilini ona birləşdir və onunla yoxla. 3. Bu üsulu yoxladıqdan sonra da ekran ağ olmaqda davam edirsə, monitoru xarabdır, dəyişdir. İndiki LCD Tvlərin hamısında RGB birişi var, kompüteri evdə əgər LCD tv varsa ona qoşaraq yoxla.

Kamran Nadjafzadeh (2012-02-05 12:22:25)
Belə hiss olunur ki, sistemin pis vəziyyətdədi. İtirəcəyin bir şey yoxdursa formatla getsin... Onsuzda zədəli sistemi düzəltsən belə sonra yenə başqa problemlər çıxacaq və baş ağrısı olacaq... Bir gözəl Antivirus quraşdır... Əgər Viruslarla Antivirusla əlləşmək istəmirsənsə daha praktik üsul Linux əməliyyat sisteminə keç...

Sahin Isgenderov (2012-02-05 12:16:38)
Kamran starta elave etdim yene olmadi.Ama bilmirem format edim yoxsa herdefe zadaca ile exploreri secim

Kamran Nadjafzadeh (2012-02-05 11:02:48)
Çox güman ki sistem faylların virus tərəfindən zədələnib... Sən ya gərək işlək bir sistemdən windows qovluğunu götürüb BOOTABLE OPERATİON SYSTEM vasitəsi ilə öz kompyuterinə yükləyəsən. Regeditdən StartUP proqramlar sırasına explorer.exe proqramını əlavə eləyəsən... Ya da ki o qədər əziyyət çəkmədən formatlayasan... İtirə biləcəyin dokumentlər varsa onu çıxarmaq ayrı məsələdi