Youtube-a gizli çəkilən videonun yerləşdirilməsinin məsuliyyəti varmı?

Salam dostlar. Mən əgər hansısa müəllimin rüşvət aldığını kamerayla çəkib öz saytımda yayımlasam qanun qarşısında məsuliyyət daşıyıram?Sadəcə marağlı gəldi.Cavablarınızı gözləyirəm.İndidən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

WaRRioR (2012-02-07 01:41:45)
Əgər sən bu çəkilişlə Dövlət orqanlarına bildiriş edəcəksənsə çəkiliş edə bilərsən. Məsəlçün rüşvət və ya digər mənfi hallar. Bu halda sən Dövlətə mənfilikləri düzəltməkdə kömək edirsən. Yox əgər sənin çəkdiyin video heç bir Dövlət orqanına xəbərdarlıq üçün yox elə-belə internetə qoymaq üçün çəkilibsə sən onda şəxsin məxfilik hüququnu pozursan. Məsəlçün bir adamın şəxsi sirrini açıb internetə qoymaq nəinki Azərbaycanda bütün dünyada qanunverilik ilə qadağandır. Bu o adamın hüquqlarının ciddi pozuntusudur. Yox əgər həmin adam məsəlçün mənfi işlə məşğuldursa, məsəlçün gizli narkotik çəkirsə sən onu çəkib Dövlət hüquq-mühafizə orqanlarına təhvil verə bilərsən həmçinin interenetdə maraq xatirinə yerləşdirə bilərsən. Burada heç bir qanun pozuntusu yoxdu. Məsəlçün bu yaxınlarda DYP ilə bağlı hadisələr yəqin hamının yadındadır. Yox əgər sən o DYP əməkdaşının hansısa qanunsuz olmayayan tam qanuni şəxsi fəaliyyətini işıqlandırırsansa onda sənə cinayət işi açıla bilər və sənin tapılmanda əgər dövlət maraqlıdırsa onda MTN-nin kəşfiyyat bölməsi iştirak edərək səni dərhal Azərbaycanda istənilən yerdə tapıb həbs edə bilərlər. Buna 100% əmin ola bilərsən.

Aziz Elkhanoglu (2012-02-05 20:18:09)
Salam, qanunda bir şəxsin icazəsi olmadan onu çəkmək qadağandır maddəsi var. Əgər Siz müəllimin rüşvət alma səhnəsini çəkmisinizsə o zaman ya Təhsil Nazirliyinin qaynar xəttinə ya da 102 xidmətinə zəng edib onlara bu barədə məlumat verə bilərisiniz. YouTube gəlincə isə, bu cür videoları internetə yükləmək mümkündür. Yotube sadəcə, bəzi məşhur müğənnilərin musiqilərinin qanunsuz istifadəsinə, porno və digər erotik səhnələrə məhdudiyyət qoyur.

Elvin Hacı (2012-02-05 18:51:03)
Salam. Yəqin ki dəqiq cavab verənlər olacaq istinad ilə, mən sadəcə bildiyimi deyim ki, hər hansı şəxsin şəxsi həyatını gizli çəkib yayımlamaq qanunsuz hesab edilirsə, bu ictimai fəaliyyətə aid deyil. Yəni şəxsi iş başında çəkmək mən bilən tam qanunidir. Məsələn bu yaxınlarda rüşvət olan DYP əməkdaşlarını çəkib Youtube-a yerləşdirən şəxsi nəinki cəzalandırmadılar, əksinə DİN-ə dəvət edib mükafat verdilər, fəal vətəndaş mövqeyinə görə

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Video çəkə bilən Fotoaparat

Videonu hd formata çevirmək

Youtube Azerbaycan Kanalı və Keyfiyyət

Youtube-da videonu silmək lazımdır

YouTube hesabımı bağlayiblar.

youtube network seçimi