Ebayda qeydiyyatdan keçərkən səhvə yol vermişəm…

Salam. Mən artıq ebaydan qeydiyyatdan keçib sifarişimi vermişəm. Hardasa 1 hefte olar. Ancaq biraz fikir eliyirəm ))) Çünki qeydiyyatdan keçərkən ünvanı İngilis dilində yox, Azərbaycan dilində yazmışam. Sualım isə budur. Ebay'da qeydiyyatdan keçərkən ünvanı Azərbaycan dilində yazmalıyam yoxsa İngilis dilində? Zəhmət olmasa kömək edin. Və mümkünsə qeyd olarkən istifadə edilə bilən nümünə bir ünvan yazın... Əvvəlcədən təşəkkürlər. Allah razı olsun...

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Ilkin Hidayev (2012-02-07 01:15:39)
Cox sagol. bes menzil lazim deyil?

Kamran Nadjafzadeh (2012-02-06 23:03:15)
Baku, Zarifa Aliyeva str. 33, AZ 1000 dilmanc.az-dan nümunə olaraq götürmüşəm

Ilkin Hidayev (2012-02-06 22:44:09)
Cox sagolun. Ele men de bele fikirleshmishdim ki unvan onlara yox, pocta lazim olacaq. ona gore Azerbaycan dilinde yazdim. Poct indeksini ise duzgun yazmisham (AZ1122). Texminen 1 hefte olar sifarish vermishem. InshAllah geler. Ve mumkunse ingilis dilinde bir unvan yaza bilersiz numune olaraq? :)

Kamran Nadjafzadeh (2012-02-06 22:38:56)
Daha doğrusu Ünvan ciddi rol oynamır deyəndəki Ünvanın düzgünlüyü poçta lazım olacaq ki sizə məhsulu çatdıra bilsin...

Kamran Nadjafzadeh (2012-02-06 22:37:23)
Ünvan mən bildiyim qədər ciddi rol oynamır ƏSAS Poçt indeksini düzgün yazın...(AZ1000 Bakı şəhəri mərkəzi poçtu AZ1119 bizim yaşadığımız ərazidəki poçt) Onlar Poçta göndərirlər... Poçt isə sizinlə əlaqə saxlayacaq və sizə bildirəcək ...

Aziz Elkhanoglu (2012-02-06 22:06:49)
Salam, 1. Qeydiyyat ingilis dilində olmalı idi. 2. Əgər mal almısınızsa, və Ebay Sizin hesabdan pul çıxarıbsa və sizin məhsulunuz 7-30 gün ərzində gəlib çatmayıbsa o zaman Ebayin contactları ilə əlaqə yaradın. (Məs. keçən il mən Cənubi Dakotadan fotoaparat sifariş vermişdim 1 aydan sonra Azərbaycana gəldi) Contact bölməsində Sizin suallarınıza 24 saat ərzində cavab veriləcək. p.s növbəti dəfə beynəlxalq saytlarda alış-veriş etdikdə ingilis dilində yazın. Ona görə ki, təşkilat və şirkətlərin 99%-i Azərbaycan dilini bilmir :) Uğurlar