Ebaydan gələn mal gömrükdə saxlanarsa ?

Salamlar əvvəlcədən təşəkkürlər. Mən Şəmkirdə qaliram Ebaydan aldığım mal gömrükdə saxlanarsa onu necə biləcəm və gömrükdən keçməsi üçün nə etməliyəm

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

ehtiram (2012-03-06 03:05:02)
salam.menim bir neche problemim var ebay barede.biri de bu post kodu meselesidir.men hovsanda yasiyiram.hovsanda baki seherinde yerlesir.amma men hovsanin post kodun ya da zip kodun bilmirem.hem de bilmirem ki,men haranin post kodun yazmaliyam.yani demek isteyirem ki,azerbaycanin post kodunmu,bakinin post kodunmu,yoxsa mehz yasadigim yerin post kodunmu yazmaliyam.yasadigim yerde posht var.xaiw eliyirem etrafli komek edesiniz.

Elvin Hacı (2012-02-14 16:10:02)
Bəli, 200$dan yuxarıdırsa, hər bir halda saxlana bilər.

zumrud (2012-02-14 15:47:36)
salam indi men 250$notbook alsam onuda saxlayacaglar?onun ferqi varki islenmiw ya teze olsun

Vefadar (2012-02-14 03:55:28)
Bunun ucun ebaydan mehsul aldiqin saticidan xahis edirsen ki malin qiymetini ustunde az yazsin meselen 250$ olan mehsulu 50 $ yazsin bu vaxt ne gormuye dushecek ne de rusum odemeli olacaqsan

vusalsoltanov (2012-02-10 01:07:57)
Cox sagol qaqa Tesekkur.

Elvin Hacı (2012-02-09 22:03:36)
Salam. Saxlayacaq. 28-də dəmir yolu vağzalının arxasında gömrüyün ofisi var poçt göndərişləri üzrə. Ordan götürmək lazım.

vusalsoltanov (2012-02-09 21:20:42)
Salam qardaslar. Men ebaydan 600$-a notebook alsam onu gömrük saxlayacaq? Eger saxlasalar men onu almaq ucun hara getmeliyem ve rüsumu hara ödemeliyem. Xaiw edirem melumati olan varsa cavab yazsin.

imamverdi57 (2012-02-09 19:48:08)
Çox sağolun qardaşlar cavabiniz məni yetəri qədər qane elədi.təşəkkür edirəm

Elvin Hacı (2012-02-09 17:19:14)
Əgər məhsul 200$dan baha olsa və gömrük onu saxlasa(saxlamaq hüququ var amma nadir hallarda olur, kompüter aldıqda məsələn), bəli gəlib Bakıdan götürməniz lazım olacaq. Amma yenə deyirəm bu heç də həmişə olmur, tanışlar 600-700$lıq məhsullar alırlar, saxlanılmır gəlir evə. Amma laptop alanda mütləq saxlanılır

Aziz Elkhanoglu (2012-02-09 17:09:07)
Ola bilsin, poçt məhsulu gətirəndə 1-2 manat istəyə bilərlər. Amma alacağın məhsula heç bir vergi tutulmur. Ümid edirəm fikrimi izah edə bildim :)

imamverdi57 (2012-02-09 13:00:45)
Çox sagol qardaşım cavaba gorə . əgər menim aldigim mal 200$ dan çox olsa onun rüsumunu mən poçta ödəməli olacam ?

Aziz Elkhanoglu (2012-02-09 12:26:10)
Salam. Ebaydan və digər xarici şirkətlərdən alınan mal Azərbaycan gömrüyündə 2-5 gün arası saxlanıla bilər. Ondan sonra poçt vasitəsilə göstərdiyiniz ünvana yani POÇTa göndərilir. Bir sözlə gömrüyün Sizin məhsulunuzun saxlamaq hüququ yoxdur. Təbii ki, aldığınız malın içində gömrük qaydalarını pozan əşyalar olmasa :)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Online təzə mallar satan saytlar, ebay bənzəri saytlar

telefon versiyalarının fərqi nədir

Ebaydan Telefon alaraq gomruk

Maaş kartı ilə alış-veriş

Dropshipping haqqında məlumat

Online sifarişlərin bir paketdə gəlməsi