Şəbəkədə 254-dən çox kompüter olarsa

Salam. Belə bir sual çıxıb ortaya əgər şəbəkədə 254 dən çox kompüter olarsa necə edə bilərəm ki onlar bir birini görsünlər???

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

strela87 (2012-02-09 09:11:12)
Qardashlar evvelceden meseleye bele ciddi yanashdiginiza gore tesekkurler. Bahruz qardash yazib ki Subnet maskingden istifade etmek lazimdir. qardash onun haqda qisa melumat vermek olaR??

BNM (2012-02-09 02:54:03)
Şəbəkə bu cür qurularsa; [code]İP: 192.168.0.1 Maska: 255.255.254.0[/code] 510 kompüter ehtiva edə bilər.

Bahruz Garamammadov (2012-02-08 18:07:13)
Egər məsələ Elmarın dediyi kimidirsə, subnet masking deyilən bir şey var ondan istifadə etməlisiniz.

Bahruz Garamammadov (2012-02-08 17:57:38)
P2P arxitekturası ilə istənilən sayda kompyuter bir birini gorə bilər. Burda hər bir kompyuter həm serverdir həm də client-dir. Ama bu heç cür sərf etmir, xeyli avadanliq lazımdır. 254 kompyuterin decentralized şəbəkəsini qurmaq üçün heç sərf eləməz. Ən yaxşı yol server-client şəbəkə qurmaqdır. Client kimnən danışmaq (danışmaq yəni nəsə göndərmək və sair) istiyirsə serverə sorğu göndərir server də sorğunu araşdırır, şəbəkədəki hansı kompyuterə aid olduğunu müəyyən edib ona göndərir.

Elman İsgəndərli (2012-02-08 17:46:39)
Strela87 yəqin demək istəyir ki, 254-dən artıq(sonuncu kompüterin İP ünvanı məsələn 192.168.0.254-dir) işçi kompüter olan böyük bir şəbəkəni necə sazlamaq lzımdır ki, onlar bir şəbəkə daxilində olsunlar.

Oruc Yaqubov (2012-02-08 17:05:56)
zəhmət olmasa sualı dəqiq ver.çunki şəbəkədə bu oyun üçün də olar delphi və s... proqramlarda yaradılmış proqramçun da

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Lokal şəbəkədə e-mail

Windows 7 Network Problemi

Windows 7`də Admin olmadan Wifi şifrəsini öyrənmək

Lokal şəbəkə

Centos serverdə şəbəkə problemi

BlackBerry servisinə qoşulmadan normal internetdən necə istifadə etmək olar?