Ubuntuda parolu bərpa etmək lazımdır

Salam. Dünən format elədiyim kompyuterde ubuntuda qoyduğum parol yadımdan çıxıb. Hal-hazırda guest formasında ubuntunu işlədirəm. Admininstator parolumu necə sındıra bilərəm ? (Təşəkkürlər)

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Emin Mastizadeh (2012-02-08 23:13:09)
Sdəcə olaraq orada [code] setxkbmap us [/code] daxil edin.

designernatiq (2012-02-08 14:51:39)
BU prosesi eleyirem orda Is Home yaza bilmirem. Şiriftlər AZ dilindədi. Çevirmək mümkün deyil. Boot eleyib formatda edə bilmirəm bu ubuntunu. İlk dəfədi başıma belə bir iş gəlir. Kömək edin. Nə cür eləyim bilmirəm. :(

Kamran Nadjafzadeh (2012-02-08 13:30:54)
Ubuntu tək əməliyyat sistemidirsə Ubuntu açılarkən [code]ESC[/code] düyməsinə basırsan Sonra Menyu açılacaq [code]Ubuntu kernel XX - generic Ubuntu kernel XX - generic (recovery mode )[/code] - Bu seçimi seçib Enteri bas Yeni menyu açılacaq [code]Root drop to shell promt[/code] Bunu seçib Enter bas Artıq Root olaraq giriş elədik Burda istifadəçilərə aid hər şeyi eləmək mümkündü [code]ls /home [/code] əmrini verərək istifadəçiləri listini tapa bilərsiniz (ls L hərfidi) indi istədiyimiz istifadəçi üçün şifrəni bərpa edək [code]passwd istifadəçi[/code] əmrini veririk İstifadəçi yerinə siz öz istifadəçi adınızı yaza bilərsiniz Bu əmri verəndən sonra yeni bir şifrə yazmağınızı istəyəcək Diqqətli olun Linux böyük-kiçik hərflərə qarşı həssasdı Yeni şifrənizi daxil edin Enteri basın Sonra yenidən təsdiqləmək üçün həmin şifrəni yazın enteri basın sonra [code]Exit[/code] Əmrini verib boot menudan normal Ubuntunu açırıq və şifrənizi daxil edib girirsiniz

Elvin Hacı (2012-02-08 13:27:55)
Salam. Burada parolu bərpa etməyə dair təlimar var. İngiliscə probleminiz varsa, deyərsiniz burda yazarıq izahını Belə bir video da var.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Azərcell datakartı ubuntuda istifadə

Samsung netbooklarında şifrəni necə qoymalı

Ubuntu 12.04 Problem (Kompyuter öz-özünə sönür)

Paypalda parolun bərpası

Ubuntu 12.04 install problem

gizli albom