Xarici sərt disk işləmir

Salam. Bir gün bundan qabaq mən xarici sərt diski kompyuterə qoşdum işlətdim. İndi isə qoşuram sadəcə kompyuterdə bildiriş gəlir ki bir disk qoşuldu. başqa heçnə gəlmir. Sərt diskdən qəribə bir səs gəlir, içindəki disk fırlanır ama biraz işləyir dayanır,yenidən işə düşür. Əvvəlcədən bişey deyim, sərt disk yerə düşməyim,yəni azca sarsılma olub ama elə ciddi yox. və başqa kompyuterdə də yoxladım, başqa usb portunda da yoxladım, ama işləmədi. İndi mən bu sərt diski harda təmir elətdirə bilərəm? və neçiyə? birdə içindəkiləri geri qaytarmaq mümkündür? çox vacibdir mənimçün. İndidən təşəkkürlər...

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

BNM (2012-02-11 16:41:38)
Ramin, istənilən USB qurğusu üçündür. Sadəcə ilk 3 addım sırf flash yaddaş qurğusuna aiddir. Əgər səslər gəlirsə, deməli disk zədələnmiş ola bilər. Bu isə harware problemidir.

Ramin Jafarov (2012-02-11 11:21:15)
Salam BNM, Çox sağolun maraqlı məlumat idi. Sizin saytda yerləşdirdiyiniz fləş kart üçündür. Birdə mənim HDD`dan içindən səslər gəlir, nəsə optik oxuyucusu deyəsən harasa ilişib.. "Clicking Noise" xətası deyə internetdə məlumat tapdım. Ama nə edəcəyimi hələ də bilmirəm, içindəki fayllarım mənim üçün çox vacibdir, bir səhvlik eliyib birdəfəlik itirmək istəmirəm. Çox sağolun köməkləriniz üçün...

Ramin Jafarov (2012-02-11 11:20:40)
Salam BNM, Çox sağolun maraqlı məlumat idi. Sizin saytda yerləşdirdiyiniz fləş kart üçündür. Birdə mənim HDD`dan içindən səslər gəlir, nəsə optik oxuyucusu deyəsən harasa ilişib.. "Clicking Noise" xətası deyə internetdə məlumat tapdım. Ama nə edəcəyimi hələ də bilmirəm, içindəki fayllarım mənim üçün çox vacibdir, bir səhvlik eliyib birdəfəlik itirmək istəmirəm. Çox sağolun köməkləriniz üçün

BNM (2012-02-10 01:26:12)
Əgər kompüter diski qoşulmada tanıyır və disklər siyahısında görmürsə, çox güman kli, diskin proqramtəminatı zədələnib. Bunun üçün heç bir servis mərkəsinə getmək lazım deyil. Özünüz bunu çox asanca (əlbəttə ki, diqqətli şəkildə deyilənləri edərsənizsə) düzəldə bilərsiniz. Burada sırf bu problem haqqında izahlı post yazmışam. 4-cü addımdan başlayaraq deyilənləri edin.

Ramin Jafarov (2012-02-09 11:34:12)
İmamverdi57, neçə dəfə yoxlamışam,başqa kompyuterdə də, ama olmadı :(

Ramin Jafarov (2012-02-09 00:09:33)
Aziz bəy, əgər mənim hard diskimi təmir etdilərsə onda fayllar oldugu kimi durur? yoxsa yenidən recovery eləməliyəm?

imamverdi57 (2012-02-08 23:16:58)
Bele seyler mende de olur WD de siz onu arxaya usb ye materinkaya qosun mende de le olur nese ses gelir bir iki defe cixardib taxiram duzelir

Aziz Elkhanoglu (2012-02-08 22:34:49)
Ola bilsin, Hard disk zədələnib və Sizin kompyuteriniz sadəcə qoşulmağı göstərir. Odur ki,DNS, Unitech servis mərkəzlərində təmir edirlər. Hard diski onlara aparıb göstərə bilərsiniz. Təmir qiyməti də elə də baha olmalı deyil, mən bilən 15-20 manat xərc tələb etməlidir. İtirilmiş faylların bərpası üçün Recover proqramlar mövcuddur, əgər silinmiş fayllarınız varsa həmin proqramlar vasitəsilə bərpa etmək mümkündür.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Maus işləmir

XARİCİ SƏRT DİSK( External HDD)-də proqram işlətmək.

Telefonumun interneti işləmir

Kompüterin zaryatkası bitdi öz özünə söndü indi isə açılmır

Telefon qeydiyyat olunub hələdə işlədə bilmirəm

Radiatorlar qızır – kombi