Notebook niyə açılmır?

Notebook-u axşam söndürəndə nəsə pəncərə açılıb, buna fikir vermədən söndürməyə davam etmişəm. bu səhər isə notebook açılmır. düyməni basıram, ancaq "Microsoft Corporation" yazılır və yüklənmə gedir, dəqiqələrlə davam edir, amma yenə də notebook açılmır. bir neçə dəfə söndürüb, yenidən yandırmağa cəhd etdim. amma dəyişən nəsə olmadı. problem nədə ola bilər və notebook-un açılması üçün nə edə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Efsane Shahmurad (2012-02-09 14:51:06)
təşəkkürlər bəylər. çox yardımçı oldunuz.

Elvin Hacı (2012-02-09 14:43:22)
Salam. Kompüteri açanda qara ekran gəlir ha, orada F8-i basanda seçim çıxır, ordan safe mode seçmək lazımdır. Ətraflı http://www.microsoft.com/resources/documentation/windows/xp/all/proddocs/en-us/boot_failsafe.mspx?mfr=true

Efsane Shahmurad (2012-02-09 14:18:15)
Tural, o rejimə necə keçə bilərəm, detallı yaza bilərsiniz? nəzərə alın ki, kompüter açılmır. açılsa idi system 32-dən əvvəli tarixə yüklənməyimi məsləhət görürsünüz belə başa düşdüm?

Tural Əlisoy (2012-02-09 13:57:03)
Fikrimcə siz safe mode rejimə keçərək sistemi əvvəlki tarixə yükləyin. Görün nəticə göstərir?

Efsane Shahmurad (2012-02-09 13:33:12)
hətta yeni əməliyyat sistemi? başqa qısa, rahat yolu, alternativi yoxdur bunun?

Cabbarov Sübhan (2012-02-09 13:27:04)
Böyük ehtimal windows update olunurmuş, siz də bu prosesi dayandırmısınız. Update zamanı komputeri keçirmək olmaz. Bunu hətdə update zaman komputerin ekranındada bildirilir. Siz yəqin ki komputerə yenidən əməliyat sistemi yükləməli olacaqsınız.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Notebook almaq isteyirem

Ebaydan notebook almaq istəyirəm

Notebook toz təmizlətmək

Lenovo G500 metal

Notebook`um donur

HP probook 4530s notebooku işə düşmür.