Ubuntuda kömək

Ubuntunu qurmaq ucun d dsikinnən yer ayırıram free yazılır ama ora qurmaq olmur və o yerin formatını da dəyişmək olmur.Nə etməliyəm?Ya nəyi səhf edirəm?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Xaliq Babayev (2012-02-10 18:50:54)
Umumiyyetle bos hissede deyisiklik etmek mumkun deyil.bos hisseni qeyd edende ancaq silmek linki acilir deyisdirmek olmur, formatin da deyismek olmur.

ahmed (2012-02-10 16:35:53)
Mən belə başa düşürəm ki, sizdə yaddaşda boş yer göstərir, lakin quraşdırmanı hansısa səbəbdən davam etmək mümkün deyil. Quraşdırmanı yenidən başlayın. Boş yerə qurmaq üçün orada kök fayllar sistemi mütləq yaratmalısınız. Bu hissə alınır? Mən bilmək istəyirəm alınmayan hissə hansıdır, boş yerə hər-hansı fayllar sistemi yazmaq yoxsa növbəti mərhələlər. Yoxsa ümumiyyətlə boş yerə heç bir fayllar sistemi yazmaq mümkün deyil. Boş yerə fayllar sisteminin yaazılmasına həmin hissəni format eləmək deyirlər. Bunun qaydası yuxarıda izah edilir, sahəni qeyd edirsiniz ad və tipi göstərirsiniz. Bu addımların hansındasa problem yaranmır ki?

Xaliq Babayev (2012-02-10 12:29:08)
bunlarin hamisin elemisem ama alijmir.Hard diski coxlu qurddalamaq ziyan deyil ki?xarab ola biler hdd?

ahmed (2012-02-10 08:49:14)
Tutaq ki, d diskinə Ubuntunu yükləmək istəyirsiniz. Adətən lazım olan procedurlar avtomatik edilir, lakin bəzən əl ilə də işləməyə ehtiyac olur. Tutaq ki d diskini sildiniz və hal hazırda misal üçün 30 GB boş yeriniz var. Siz bu yerə Ubuntunu quraşdıra bilmək üçün orada kök fayllar sistemi yaratmalısınız. Bunun üçün fayllar sisteminə yer ayırırsınız misal üçün 25 GB. Fayllar sisteminin tipini müəyyən edirsiniz ext4 məsləhətlidir. Ən asası ad hissəsinə təkcə / simvolunu yazırsınız. "/" simvolu Unix sistemlərində kök fayllar sistemini bildirir(root filesystem). Daha sonra əgər tələb olunsa eyni qayda ilə swap fayllar sistemini də yarada bilərsiniz, amma ubuntuda swap üçün xüsusi fs tələb olunmur, swap kök sistemə yerləşdirilir.

Emin Mastizadeh (2012-02-10 07:09:45)
Salam. O yerə basıb creat new label (və ya ümumiyyətlə create) düyməsini yoxlayın. Bir dənə ext4 və 1 dənə azı 4 mb-lıq swat formatlı disk düzəltməlisiniz. Quraşdırma haqqında Azərbaycan dilli tam məlumat Aprel ayında Ubuntu 12.04 çıxandan sonra veriləcək. Hələlik liveUSB də işlədə bilərsiz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Kompyuterdə diskləri formatlamaq

Linux Windows dualboot

Centos 6 boot problemi

VirtualBox ubuntu instal problemi

Linux Install Uninstall Error [ubuntu]

Ubuntu 10.10 ilə Windows 7 arasında fayl əlaqəsi