Dropbox niyə şifrə istəmir?

Salam . Dropbox programını yükləmişəm amma Kompyuteri açarkən elə işlək vəziyyətdə qalır proqramdan çıxış edirəm təkrar girirəm heçbir şifrə istəmir.Necə edə bilərəm ki programı aşarkən şifrə istəsin.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Tural Əlisoy (2012-04-22 17:27:57)
Belə bir yol tapdım. Yaranmış qovluqları gizlətmək olar. Gizlətdikdən sonra problemsiz istifadə etmək olar :)

Elvin Hacı (2012-04-22 17:02:50)
Kompüterdə işlətdiyiniz user məhz sizə məxsus deyilsə, o halda Dropbox işlətməyə dəymir, çünki yuxarıda da deyildiyi kimi Dropbox kompüterinizdə qovluq kimi açılır. Digər qovluqlar necə açıqdırsa , bu da elə açıq olur. Çıxış yolu odur ki, kompüterdə siz ayrı user yaradın, başqa girənlər ayrı user(Admin-user, user1 user2 və.s.)

Alehandro Morfeo (2012-04-22 16:54:31)
Yəni mənim dediyim odurki əgər evdə kompyuteri məndən başqa da işlədən varsa mənim fayllarımı Dropboxda oda görə bilər.Çünki kompyuterdə Dropboxa daxil olarkən heçbir şifrə istəmir.

Elvin Hacı (2012-02-12 16:39:44)
Səhv qənaətdir. Bunun təhlükəsizliklə hər hansı əlaqəsi yox, əksinə, bu üstünlükdür ki hər dəfə login parol istəmir. Sinxronluğu isə istənilən vaxt saytda ayarlardan dayandırmaq olar. Yəni öz əlinizdədir.

Alehandro Morfeo (2012-02-12 16:06:51)
Çox Sağolun. Burda belə çııxırki Dropbox bu qədərdə böyutmək lazım deyilmiş.Mənim fayllarımı hər kəs görəcəksə işə yaramaz.

Tural Əlisoy (2012-02-11 19:45:25)
Dropbox haqda buradan öyrənə bilərsiz. Endirmə keçidi haqda isə bura müraciət edin.

Alehandro Morfeo (2012-02-11 14:25:08)
Necə yəni endirmə keçidi? Zehmət olmasa biraz geniş yazardız.

Tural Əlisoy (2012-02-11 12:53:56)
Salam. Dropbox bir növ kompüterinizdə qovluq kimi yaranır. Yəni şifrə qoymaq mümkün deyil. Ora istədiyiniz faylı atırsınız və endirmə keçidini götürürsüz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Dropbox haqda

1 kompyuterdə 2 Dropbox.

Dropbox-dan istifadə etmək

dropbox disk tutumu

DropBox və Google Drive kimi servisləri web hosting kimi?

Upload üçün saytlar