Planşet kompüterlər haqqında məlumat

Salam, mümkünsə planşet komp.haqqında ümumi məlumat yazardız, əsas funksiyaları nədir? və almaq üçün məsləhətlisi hansıdır?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

azeri (2012-02-13 13:41:48)
çox sagolun ətraflı məlumatçün

Elvin Hacı (2012-02-11 20:52:41)
Almaq üçün ən məsləhətlisi sizin məqsəd və ayırdığınız büdcədən asılıdır. Əsas məsləhətliləri sayım. 1. İpad2 - Ən populyar və ən böyük app bazasına malik olan planşetdir. Apple məhsuludur, keyfiyyətlidir, əsas mənfisi qiymətinin baha olmasıdır, 500-800 azn arası. Wifi var. 3g dəstəkli versiyası var. 2. Samsung Galaxy Tab 10.1 Parametr və aparat keyfiyyətinə görə İpad2-dən xeyli üstündür, Android əməliyyat sistemidir, proqram bazadı da kiçik deyil. Wifi var. 3g dəstəkli versiyası var. Qiyməti ucuz deyil, təxminən 600 azn. 3. Amazon Kindle Fire - Əla ekran keyfiyyəti, yuxarıdakı planşetlərdən bir qədər kiçik, Android sistemi olan bir planşetdir. Wifi var, 3g yoxdur. Ən böyük üstünlüyü qiymətidir, qiymət cəmi 199$-dir, yəni digər planşetlərdən az qala 3 dəfə ucuz. Mənfisi susmaya görə olan proqramlarının yalnız ABŞ-da işləməsidir. Amma bu problem deyil, onların əvəzinə digər işlək proqramlar yazmaq olar. Azərbaycanda 230 azn-ədir, xaricdən 199$-a sifariş vermək olar. 4. Asus Transformer, Acer İconia Tan adlarını da çəkmək olar ki, bu modellər versiyadan asılı olaraq 400-600 azn-ədir, və yuxarıdakılarından əsas fərqi odur ki, yuxarıdakılar daha çox mobil telefonun iri formasıdırsa, bunlar kompüterin kiçik formasıdır, yəni USB dəstəyi var, Windows, Linux və.s. nə istəsəniz asanlıqla yaza bilərsiniz, hətta qoşulub ayrıla bilən klaviaturaları da var. Yəni klaviaturanı qoşursunuz olur Netbook, ayırırsınız olur Planşet. Digərləri də çoxdur, amma əsas olanları saydım

Bahruz Garamammadov (2012-02-11 20:19:18)
PC-dən fərqli olaraq ağır iş üçün nəzərdə tutulmayıb. Yəni planşetdə proqramlamaynan və sair məşğul olmurlar. Qalan günlük işlər üçün, emailleri yoxlamaq, bloq yazmaq, feysbuk, tviter istifadə etmək,musiqi dinləmə, film izləmək, kitab oxumaq, oyun oynamaq, müxtəlif saytlara daxil olmaq, xəbərlər oxumaq və sair bu kimi işlər görmək olur. Skype və sair ilə ünsiyət də qura bilərsiniz. Almaq üçün məsləhətə gəldikdə. Ya Apple-ın iPad-ini ala bilərsiniz. Ya da android sistemli digər tabletlər, Samsung Galaxy, Acer İconia, Asus Transformer var. Blackberry-nin də PlayBook-u var. Mən daha çox iPad-ə üstünlük verirəm, ama şəxsi seçimdir. Yəni hansının pis yaxşı olmasını irəli sürməyi, bunun mübahisəsini aparmasını xoşlamıram.

azeri (2012-02-11 15:23:33)
sualda da yazdığım kimi mənə onların funksiyaları barədə məlumat lazımdı

orxan mammadli (2012-02-11 15:18:02)
burda bütün məlumatlar var

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

windows planşet almaq

Tableti aça bilmirəm

Planşet seçimində kömək

Samsung Galaxy Tab 4 T-230 Root

Planşet almaq

Məsləhətli planşet