Saytdan şəklin yüklənməsinə qadağa

Salam.Necə etmək olar ki,saytımdan şəkilləri yükləməsinlər?Məsələn Flickr-da olduğu kimi.Düzdür mozilla ilə olur bu yenidən amma bunu hami bilmir hami istifadə elemir. Mənə sadəcə lazımdır ki,mausun sağ düyməsilə klikliyib / save as.. deaktiv olsun

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

VendeTTA (2012-06-14 20:26:40)
watermark en yaxşısıdır :)

Elvin Hacı (2012-03-17 18:59:15)
Maraqlı yanaşmadır, amma bu həll yolu deyil axı. Əsasən o ki bu zülmə server dözməz, hər bir şəklin başına o boyda oyun açmağa. :) Götürmək istəyən bir balaca universal skript hazırlayar və ya hazırlatdırar, dövr operatoru ilə o parçaları götürüb qəşəngcə birləşdirər bircə kliklə. Parçacıqlarım adını necə seçmədən asılı olmayaraq. Birdəfəlik yadda saxlamaq lazımdır ki, şəkil userin kompüterində görünürsə deməli artıq onun ixtiyarındadır, müxtəlif manevr etməklər sadəcə bir az uzatmaq olr userin işini, qarşısın almaq olmaz.

Arif Cavadov (2012-03-17 18:21:34)
mən 1dəfə o haqda düşünmüşdüm.şəkili php kodlarla çox xırda hissəciklərə parçalayb döngü vasitəsi ilə həmin parçacıqları ekrana print verə bilərsən.həmin şəkli yükləmək istəyən gərək həmin parçacıqları tək-tək yükləyib fotoşopda birləşdirsin əgər şəkil adi bir şəkildirsə inanmıram ki kimsə tək-tək yükləyə və fotoşopda yenidən birləşdirə.əgər o qədər vacib bir şəkildirsə fotoaparat vasitəsiylə çəkib əldə edə bilər.

Emin Mastizadeh (2012-02-15 00:27:28)
FireBug sağ olsun. İstənilən kontenti götürür.

Oruc Yaqubov (2012-02-13 01:14:38)
men ki bununn mumkunluyu dedin.sadece dedim ki bu olsa 50% xeyri olar.print screen tenbellik eleyenler olar ve ya hami mozilla ile yukleye bilmir.ya da ki source kod vasitesile.bunu eden olmayacag eminem eger shekil choxdusa.bunun evezine paylashacaglar

Emin Mastizadeh (2012-02-12 06:48:43)
Bir şeyi tam 100% əminliklə deyə bilərəm ki, şəkillərin oğurlanmasının qarşısını almaq mümkün deyil. Əgər brauzer açırsa, deməli istifadəçi də açacaq.

Kamran Nadjafzadeh (2012-02-11 23:47:18)
Bu üsulla mən deməzdim tam müdafiyə oluna biləsən... İstənilən halda oğurlamaq istəyən oğurlayacaq Sırf Sağ klikin söndürülməsi çarə deyil Əgər siz saytınızdakı (sizin ftp-dəki) şəkilin digər saytlardan yayımlanmasının qarşısını almaq istəyirsinizsə Hotlink protection istifadə edin... Amma saytda olan şəkili oğurlamaq istəyən PrintScreen-lə belə olsa bunu edəcək

Oruc Yaqubov (2012-02-11 20:36:57)
Əla təşəkkür edirəm amma bulanrdan hansı yaxşıdı? saytda yazılana görə bütün brauzerlərdən qorumur (

Tural Əlisoy (2012-02-11 20:24:11)
Salam sualınıza uyğun cavab burada var