Zəng xidmətləri(evakuasiya,məlumat və.s)

Bildiyimiz kimi 156,*6000(evakuasiya), 118(məlumat) kimi zeng xidmətləri mövcuddur.Bilmək istəyirəm ki bu cür xidmətlər necə yaradılır?Gəlirləri nədəndi?Və qurmaq üçün nələr tələb olunur? Bu haqda məlumatı olan varsa zəhmət olmasa bizimlə paylaşsın.Əvvəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Xaliq Babayev (2012-02-12 22:10:07)
Beli hal hazirda birbasa kontent provayder qebul olunmur.Ama hansisa kontent provaydere qosularaq fealiyyet gostere bilersiniz eyer yaxsi idealariniz varsa.Pay bolgusune geldikde ise meblegin 50% i operatora qalir qalani ise musteri ile provayder arasinda bolunur.Burda esas rolu 1 sms in qiymeti ve layihe teskil edir.Bunlara esasen raziliq elde olunur pay bolgusu movzusunda.

Jurnalist (2012-02-12 02:19:29)
Xaliq bəy, Siz nə vaxtdan Nar Mobile kontent provayderi kimi fəaliyyət göstərirsiniz və mümkünsə, bilmək istərdik, hazırda Azerfonla hansı pay bölgüsü ilə (%) çalışırsınız? Çünki, bizdə olan məlumata görə, artıq, Nar mobile yeni qısa nömrələrin ayrılmasını və kontent provayder müqavilələrini məhdudlaşdırıb. Ümumiyyətlə, mövzu ətrafında geniş bilgi paylaşılsa, yaxşı olardı. Sizcə, bütün operatorların qısa nömrələrin ən yüksək pay bölgüsü ilə hansı kontent provayderlerden əltə etmək olar? Öncədən təşəkkürlər!

Xaliq Babayev (2012-02-12 00:02:29)
Evakuasiya yox ama ona oxsar bir fikrim var sadece prosedur mene maraqli idi?Bes bu cur xidmetlerde gelir neden elde olunur?Men bele basa dusurem ki loru dilde desek ayliq plan alinir yeqin ki?

Aziz Elkhanoglu (2012-02-11 23:17:45)
Əgər bütün bu prosedurları edib qurtarmısınızsa onda yazılı formada mobil operatorlara müraciət edin. Onlar Sizə hər şeyi izah edəcək. Uğurlar p.s Siz evakuasiya xidmətindən istifadə edə bilməzsiniz!!!! Bu işlə dövlət məşğul olur :)

Xaliq Babayev (2012-02-11 23:06:25)
Cox sagolun.ama bunlarin hamisini elemisem.yeni hala haiztda Narmobilenin kontent provayderi kimi fealiyyet gosterirem.ama ki sirf bu islerin nece oldugunu bilmek isteyirem.Meselen eyer sohbet evakuasiyadan gedirse masinlar ise nece celb olunur?gelir neden elde edilir?Eyer melumat xidmetinnen sohebt gedirse istifadecilere teqdim olunan melumatlar hardan goturulur.ve.s.Bunun kimi suallar meni maraqlandirir.Tesekkurler

Aziz Elkhanoglu (2012-02-11 19:54:46)
Bunun üçün, bankda hesab açmalısınız, daha sonra vergilər nazirliyindən (hüquqi yaxud fiziki şəxs olaraq) qeydiyyatdan keçməlisiniz. Bunlar olunduqdan sonra, mobil operatorların birinə yazılı müraciət edirsiniz ( möhürlü müraciət) müraciətə baxıldıqdan sonra Sizə qısa nömrə ayılacaq. Qısa nömrələrin qiymətini isə, mobil operatorlardan öyrənə bilərsiniz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

HƏRBİ XİDMƏT HAQDA SUAL

Canon Azerbaijan`nın servis və xidmət mərkəzi

Hərbi xidmət barədə sual

Camex.az mobil telefon

Xidmət göstərən sayt üçün lisenziya