Speedtestdə göstərilən sürətlə, endirdiyim sürət fərqlidir.

Salamlar.Speedtest sürəti 7-8 megabit arası göstərir amma hər hansı bir faylı yükləyəndə 500-550 kb/saniyədən artıq yükləmir.Bilmək istədiyim odur ki, provayder yükləmə sürətinə limit qoya bilər yoxsa hər hansı başqa bir məsələdən qaynaqlanır bu problem?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Mehman Elxanoglu (2012-02-13 21:24:28)
1 bayt = 8 bit :)

BNM (2012-02-13 18:59:29)
Ümumiyyətlə yadda saxlayaq ki, qoşulma sürəti; baytla, yükləmə sürəti bitlə ölçülür. 1 bit = 8 bayt, 1 megabit = 1024 kbit olduğunu nəzərə alaraq: (550 kbit (550.000 bit) * 8)/1024 = 4400/1024 = 4.3 megabit Deməli, yükləmə sürətiniz, sizin internet sürətinizin 4.3 megabit olduğunu göstərir. Real ADSl paketiniz bu sürətdən artıqdırsa (speedtest göstərdiyi nəzərə alınmır) provayderinizə müraciət edə bilərsiniz.

Ezio (2012-02-13 18:39:56)
Xətt modemə qoşulmazdan əvvəl başqa bir xətlə başqa telefona qoşulub.Ola bilsin ki problem ordadı.Bu da alınmasa provayderə zəng edərəm.Maraqlandığınız üçün təşəkkür edirəm

Tural Əlisoy (2012-02-13 17:43:22)
Bəlkədə ola bilsin telefon xəttinizdə calağ var ya da başqa bir şey. Siz istəyirsiz provayderinizlədə əlaqə saxlayın

Ezio (2012-02-13 17:34:52)
Sizin nə demək istədiyinizi başa düşdüm amma belə bir nümunə deyim ki eyni sürətlə hotfile premium ilə məndə 550 kb/s dən yuxarı çıxmadığı halda başqa adamın komputerində 800-900 kb/s arası gedib gəlir hətda torrent ilə 1.1mb/s sürətə qədər qalxa bilir

Tural Əlisoy (2012-02-13 17:23:33)
məncə baxır faylı hardan endirirsiz və həmdə speedtest həmişə eyni sürəti göstərməyədə bilər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Modemdə problem

Album Art’lı musiqi yükləmək.

Wi-Fi üzərində üçbucaq içində sarı nida işarəsi əmələ gəlir.

iPod touch`da app yükləmə problemi

Download Master for Android

məsləhətli provayder