DVD-NERO ilə diskə bir neçə fayl yazmaq alınmır

Məndə Nero ultra 7 edition-dı bununla diskə bir neçə kino yükləmək istiyirəm ancaq yer dolu deyir oşibka verir nə qədərdə eliyirəm alınmır mən sadəcə bir DVD diskinə heç olmaya 3 fim yükləmək istiyirəm bunu daha dəqiq bilən varsa kömək edərdi

Verilmiş cavablar və yazılan şərhlər (22 cavab var)

Emil Sahinoglu (2014-12-11 02:58:49)
Umumiyyetle 4.7 GB dvd disk standart keyfiyyetde 120 deq video tutur.sadece olaraq yazacaginiz videolari long play LP rejiminde yazin amma keyfiyyeti azalacag tebiiki.Nero Vision meslehetdir.Keyfiyyeti nizamlamaqla 360 deqiqeye qeder video yaza bilersiz.

Fiko (2012-02-16 16:37:01)
Tural Əlisoy çox sağol əziyyətinçün internetdə marağlanıb araşdırmısan... Məndə elə Nero Vision-la girirəm ama gəlki buna 2 kinodan artıq eləmək olmur

Fiko (2012-02-16 16:32:53)
musarir hemin sen dediyin o chekboxu tapa bilmedim NERO-da mendeki NERO ULTRA 7 EDITION-di

Tural Əlisoy (2012-02-16 11:15:31)
Mən internetdə araşdırdım. DVD-yə film yazmaq üçün Nero Vision məsləhət görülür. Və əlavə olaraq Data olaraq yazmaq məsləhət deyil, çünki onu yalnız komputerdə açacaq. Burda oğlan şərhində vurğulayır necə yazmaq lazımdır. Burada isə bir neçə filmi necə dvd-yə yazmaq haqda yazır

musarir (2012-02-16 02:28:23)
nero`da yazılma zamanı settings`lərdə təkrarən bu disk`də yer varsa ,başqa bir fayl yazmağa imkan verən menyu seçənəyi olmalıdır bu əksər versiyalarda fərqli yerlədə olur ,amma əksərən bildiriş menyusu filan olan hissədə chekbox var orda quş (qalıçka) qoyun vəsalam ,yəni nero`da başa düşə bilsin ki bu yazılan disk fiziki olaraq bağlamasın, çünki adətən yazılan disk həmişə hər bir recorder-writer balamalıdır ki disk sabit işləsin və qorunsun(bəzən )

Fiko (2012-02-15 15:34:17)
Tural Əlisoy ilk dəfə deyəndəki mən çox vaxt o Elvin qardaşımızın dediyi kimi DATA ilə yazırdım ancaq oda hər DVD-də açmırdı həm tezdə xarab olurdu ama bununla tam orijinal veziyyətdə işliyir həm davamlıdıda ama gəlki o cur 4.7 GB yaddaşa cəmi 2 dənə kino gedir heç olmuya 3 dənə yaza bilsəm sevinərəm onu bilirəmki bunun çarəsi prosta biz bilmirik

Tural Əlisoy (2012-02-15 10:34:47)
Əlavə sualda verim. İlk dəfədir bununla qarşılaşırsız?

Fiko (2012-02-15 00:43:26)
Elvin Hacı ele mmənədə bu qaranlığ qalırda 2 dənə kino yazıram o dəqiqə diskin yeri dolur heç olmuya 3 dənə yazam dərd yarı oda olmur

Elvin Hacı (2012-02-15 00:38:12)
Sayt sual-cavab sistemidir, hər istifadəçi bir-birinə bacardığı köməyi edir, adminlər anlayışı yoxdur burda, axı verilən sualın cavabına görə pul alınmır ki, cavab da tələb edilə. Bilən bilməyənə kömək edir sadəcə.

Elvin Hacı (2012-02-15 00:34:37)
Mən elə də çox təcrübəli deyiləm Nero-da, amma yadıma gəlir orda Create Disc-də vardı DATA ilə yazmaq, bir də Audio-Video formatda yazmaq. Data ilə yazanda 4.5 GB hesablayırdı o dolanadək yazmaq olurdu faylları, video formatda yazanda isə dəqiqə ilə hesablayırdı, yəni videoların cəm uzunluğu məsələn 80 dəqiqəyə çatanda DVD dolmuş hesab olunurdu. Sizdə bəlkə bu ikinci hala görədir?

Fiko (2012-02-15 00:03:05)
Tural Əlisoy 2 dənə kino yazıram o dəqiqə deyir yerin doludu halbuki o yazacağım kinoların həcmi 600 MB-dı

Tural Əlisoy (2012-02-14 23:41:56)
Sehv çıxanda ne yazır?

Fiko (2012-02-14 23:06:49)
Buranin adminləri hardasız kömək eliyində mənə indi burda bu NERO-dan yaxşı başı çıxan olmuyacağ mene kömək eleəsin???

Fiko (2012-02-14 22:41:52)
Bunun başqa cürə yolunu bilən varsa kpmək edərdidə mənə xahiş eliyirəm bu mənə təcili lazımdır

Fiko (2012-02-14 21:23:24)
Kamran Nadjafzadeh sən özün hansı programdan istifadə eliyirsən?

Kamran Nadjafzadeh (2012-02-14 21:17:13)
Maraqlıdı başqa DVD yoxla Ola bilər Nero Video DVD yaratdıqda özü ora fayllar əlavə edir və Diskin həcmi böyüyür

Fiko (2012-02-14 21:12:43)
Rafael Ismayilov sen deyən o üsuluda hər DVD və ya kompyuter açmır axı yoxlamışam ancaq öz elədiyin kompyuterdə açir həmin diski

Fiko (2012-02-14 21:09:59)
Kamran Nadjafzadeh yox e qaqam mənim dediyim disk təzə diskdi heçnədə yazılmıyıb özüdə bu RW deyilki bir neçə dəfə yazam

Rafael Ismayilov (2012-02-14 21:09:32)
Nerodan istifade etmemeklede yaza bilerdin . Adi qaydada diski acirsdan sonra kinolari ora copy/paste edirsen sondada yuxarida "zapustit disc" (sehv etmiremse beledir) edirsen ve yazilmagini gozleyirsen. bu qeder sade )

Kamran Nadjafzadeh (2012-02-14 21:04:57)
Əgər bir dəfə yazılıbsa ikinci dəfə yazmaq və ya əlavə eləmək mümkün olmayacaq...

Fiko (2012-02-14 20:54:52)
Kamran Nadjafzadeh qaqaşım doludu deyəndəki 4.7 GB DVD diskdi bomboş qoyuram 2 kinodan sonra doludu deyir ama gəlki yazdığım kinoların həcmi 600-650 MB yəniki azdı

Kamran Nadjafzadeh (2012-02-14 20:40:26)
Bəlkə disk doludu həqiqətən və ya artıq yazılıb ola bilər həmin disk? Digər CD DVD burner program varsa onunla yoxlayın

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

DVD-yə Nero ilə video köçürmək

Nero Media Hub proqramı

DVD diskində olan video açmır

ingilis dilində olan proqramlar axtarıram

hp notebookunda disk problemi

DVD diskin bölünməsi