Fotoaparat almaq üçün məsləhət istəyirəm

Salam. Mən profesional şəkilçəkən almaq istəyirəm. Ancaq bu aparatlarda ən çox nələrə diqqət yetirmək lazım olduğunu bilmirəm. Bilənlərdən xahiş edirəm məsləhət versinlər. Mən xüsusiylət Canon EOS 550D modeli ilə maraqlanırıam. Bu model barəsində də öz fikirlərinizi gözləyirəm.

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

muslum memmedov (2012-03-06 19:44:21)
ilk bashlangic ucun CANON sx40meslehet gorerdim,hem funksiyalari coxdur hemde cox baha deyil. 1 meslehetde verim ki indi coxsu aparat alanda onun pixeline baxir amma onun diafragmasina da nezer yetirseniz yaxshi olar

Cabbarov Sübhan (2012-02-15 15:42:11)
Təşəkkürlər məsləhətə görə.

BNM (2012-02-15 15:41:35)
Canon 550D, ilk başlamaq üçün yaxşı kameradır. Məsləhətdir alın, uduzmazsınız.

kaktus (2012-02-15 15:39:38)
canon g12 ya da g10... bashlangic uchun hech bir DSLR ve saire sizin istedadinizi artirmaq gucune malik deyil. fotoqrafiya ile meshgul olmaq isteyen her bir vasiteden istifade etmeyi bacarmalidir. pulunuza qenaet edin. :)

Aziz Elkhanoglu (2012-02-15 15:37:49)
İstəyirsiz, alacağınız fotoaparat bahalı olsun, istərsə də ucuz, fərq etmir. Əsas odur zövqünüz olsun. Azərbaycanda kifayət qədər fotoqraf tanıyıram ki, 5000 manatlıq fotoaparatı var amma çəkdiyi heç bir şey yoxdur. Odur, riskə gedib bahalı fotoaparat almağı məsləhət görümürəm. Əgər ilk addımlardırsa 200-300 manatlığı almaq olar. Bir müddətdən sonra isə, 500-700 manatlığa girişərsiz :)

Cabbarov Sübhan (2012-02-15 15:36:59)
Onda Canon 550D almaq olar.

BNM (2012-02-15 15:31:28)
Professional kamera almağı məsləhət bilməzdim. İlk başlamaq üçün yarımprofessional və ya həvəskar kamera bəs edir.

Cabbarov Sübhan (2012-02-15 15:22:11)
Professional kameralardan hansılar yaxşıdı bəs? Diyəsən çox sual verdim.

BNM (2012-02-15 15:10:58)
Canon 550; DSLR kameradır, professional deyil.

Cabbarov Sübhan (2012-02-15 14:45:28)
Canon EOS 550D DSLR kamera deyil? DSLR olanlardan hansı məsləhətlidi?

BNM (2012-02-15 14:41:09)
Salam. Onu deyim ki, Canon EOS 550D heç də professional fotokamera deyil. Siz yəqin ki, professional kamera dedikdə DSLR kameraları nəzərdə tutursunuz. DSLR kameralar sırasından bir çox məsləhət vermək olar. Bu, sizin kameraya ayıracağınız büdcədən asılıdır. Ancaq mümkün qədər ucuz və yaxşı kameralar siyahısından Canon 550D, Nikon D3100 modellərini nəzərdən keçirmənizi məsləhət görərdim. Kamera alarkən nəzər yetirəcəyiniz əsas amillər isə: Yüksək İSO dəyərlərində (1600 və yuxarı) verdiyi nəticə, pixel göstəricisi, və müasir dövr üçün; Full HD video çəkilişin olması.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Şəkildəki hansı proqram ilə düzəldilib?

Facebook şəkil blokunu açmaq

Canon PowerShot SX280 HS vs Sony Cyber-Shot DSC-WX300

canon da şəkilin formatını dəyişmək

Şəkil üzərinə yazı yazmaq

Gta Bakıda başlıqdakı şəkili dəyişmək!