Notebook-da videokart haqqında məlumat..

Salam. Notebookum-da videokart haqqında məlumat almaq istəyirəm və Run hissəsinə dxdiag yazıb açılan pəncərədən Всего память hissəsində 1404 mb yazıldığını görürəm. Bilmək istəyirəm ki, videokartımın gücü nə qədərdir? Videokart ATI Radeon HD 3200 modelidir. Ümumiyyətlə Notebook-larda videokartın gücü ilə bağlı məlumatı daha doğru necə təyin edə bilərəm? Bir də videokartın dəyişdirilib yenisi ilə (daha güclüsü) əvəz oluna bilən olub olmadığını necə təyin edə bilərəm. Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

musarir (2012-02-16 02:13:34)
Çox güman ki sizin video memory elə 1GB`dır. Amma daha ətraflı everest adında proqram var idi , onu net`dən tapıb baxa bilərsinzi.

davinci (2012-02-15 22:00:57)
Üzr istəyirəm mən performans yoxlamaq, necə işlədiyini test etmək istəmirəm. Məndən soruşanda videokart neçədir onun cavabında nə demək istədiyimi bilmək istəyirəm :) Öncədən təşəkkürlər.

BNM (2012-02-15 14:58:14)
Videokartın performansını yoxlamaq və qiymətləndirmək üçün ən yaxşı vasitə Budur.

Cabbarov Sübhan (2012-02-15 14:11:22)
Siz gördüyünüz video kartın yaddaşıdı. Ancaq tam performansını yoxlamaq üçün yüksək qrafikalı oyunlar oynamağı məsləhət görürəm. Belə oyunlar video kartı tam gücüylə işlədir. Məsələn: Call of Duty Black ops. Modern Warefare 3. kimi oyunlar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

notbuka farmat vermək ardıcıllığı

wi-fi sazz notebook probemi

Notebook açılanda davamlı səslər problemi..

macbook air m1 ?

Notebook-un Dubaydan gəldiyini necə magazada necə bilmək olar ?

Laptop-un zədələndiyi hissəsini BİOS-dan necə tapmaq ?