WordPress-də .htaccess, .htpasswd konfiqurasiya problemi

Salamlar hər kəsə. Localhostda quraşdırılmış vvordpress üzərində biliklərimi artırıram:) Təhlükəsizlik üçün htaccess faylını wp-admin qovluğuna atıram. Root qovluqda isə htpasswd faylı yaratdım. htaccess faylının içi bucürdür. Ama admin kimi log olmaq istəyəndə 500cü səhvi verir. Səhvim yəqin ki AuthUserFile-la başlayan sətirdə direktoriyanı səhv yazıram. Zəhmət olmasa bilənlər kömək etsin. EasyPhp-dən istifadə edirəm server və sairi qurmaq üçün. [code] # BEGIN WordPress AuthUserFile /modul/wordpress321x120211180804/.htpasswd AuthType Basic AuthName “restricted” Order Deny,Allow Deny from all Require valid-user Satisfy any # END WordPress [/code]

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Elvin Hacı (2012-02-15 17:34:48)
Salam. htpasswd direktoriyasını saytın root-undan yox, serverin root-undan başlayaraq göstərmək lazımdır. İstənilən bir php fayl yaradın işərisinə [code]<?phpinfo();?>[/code] yazıb saxlayıb icra edin, orada DOCUMENT_ROOT parametrinin qiymətinə baxın. Tutaq ki qiymət /home/user/public_html/-dir. O halda siz htpasswd direktoriyası üçün /home/user/public_html/saytın_adı/.../.htpasswd tipli bir şey yazmalısınız.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

.htaccess ilə bağlı sual

Apache logları arasında naməlum İP adres

Sayt açılanda kod tələb etsin

htaccess faylının işləməsi üçün

DLE alt qovluqların təhlükəsizliyi

.htaccess də kömək