Salam. WordPress ilə qurulmuş saytı köhnə hostingdən yeni aldığım hostinqə köçürmək üçün hansı əməliyyatlar etməliyəm? Qeyd üçün deyim ki, CPanelədən bazanı backup edib kompüterimə yükləmişəm. Lazım olan ardıcıllıqla bağlı kömək etsəniz çox şad olaram. Təşəkkürlər
Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)
1
Salam. Bunun üçün hazır plugin həlləri var.
Amma madam ki, backup etmisiniz, onda manual yolla edin elə.
1. Faylları copy-paste edin.
2. mysql bazanı yeni bazaya import edin.
3. Daha sonra wp-config.php-də yeni mysql login parolu yazın.
4. Mysql bazada wp_posts, wp_options-da search edin köhnə saytın adını, hamısını replace edin yeni saytın adı ilə.(eyni şeyi digər table-larda da etsəniz yaxşı olar)
Sonuncu bəndlə problem olsa, deyərsiz sql kodları yazaram.
Bir az kobud yoldur, amma şəxsən mən belə edirəm.
0
aha siz deyən addımları edib nəticə ilə bağlı problem yaranarsa köməyinizə ehtiyacım olacaq.. Hal hazırda istifadə etdiyim WP versiyası 2.9.1-dir. ama yeni hostinqdə qurmaq istədiyim sonuncu 3.3.1 versiyasıdır. Bazanı import edəndən sonra problem yaranmazmı?
0
Yox, çətin ki problem yarana. Updatelər yalnız nüvədə aparılır, baza və sizin fayllara toxunulmur.
Həmişə ən son versiya WordPress istifadə edin.
0
Yuxarıda yazdığınız 1-ci bənddəki copy-paste əməliyyatında köhnə faylları hostinqə atsam bəs yeni versiya WP necə quracam? Sonradan upgrade etməliyəmmi?
0
Köhnə faylları atın, hər şeyi düzgün etsəniz, sayt köhnə versiyada normal işləyəcək və update bölməsində sizə 3.3 versiyaya upgrade təklif olunacaq, siz bir kliklə həll edəcəksiniz onu.
P.S. Təkrar edirəm bu ən qaba həlldir əslində, bunun üçün pluginlər də var, və ya digər yanaşmalar da var(WordPress-i yenidən qurub export-import etmək məsələn). Sadəcə mən özüm bu metoddan istifadə edirəm öyrəşdiyim üçün.
0
Bəlkə mənə ancaq theme qovluğu lazımdır?
0
Düzünü desəm export-import işləri üçün pluginlərdən bu sayt üçün istifadə etmək istəmişdim ama problemlər yaşadım biraz. düşünürəm ki manual daha uğurlu alınar inşallah.
Təşəkkürlər
0
NS-ləri dəyişdim yeni hostinqə. Bazanı import elədim.
1. Sayt işlədi, ama postlar açmır, növbəti səhifəyə keçmir 🙁 Not found yazır.
2. Upgrade istəyir ama upgrade automatially click edirəm aşağıdakı error pəncərəsi ilə qarşılaşıram
Warning: require_once(/home/stihuk/public_html/youth/wp-admin/includes/class-wp-filesystem-base.php) [function.require-once]: failed to open stream: No such file or directory in /home/stihuk/public_html/youth/wp-admin/includes/file.php on line 612
0
Yuxarıda əsas 4-cü mərhələni qeyd etmişdim, sizsə deyəsən o mərhələni heç etməmisiniz. Onsuz nə postlar açar nə də upgrade gedər
0
Yuxarıda 1-ci yazdığım problem üçün .htaccess faylını pozub yenisi ilə əvəz etdim. 2-ci problem üçün isə class-wp-filesystem-base.php faylı hansısa səbəblərdən serverdə olmadığı üçün yenidən transfer elədim. Beləliklə problemlər həll olundu, upgrade işi də həll oldu.
Qeyd üçün deyim ki, 4-cü mərhələni ümumiyyətlə icra etməmişəm.
Köməyə görə təşəkkürlər.
Sual verin
Cavab verin