Linux Distributivlərindən məsləhətlisi hansıdır?

Salam. Deməli belə bir seçim çətinliyim var. Unix lə aram əladı. İBM AİX üzrə sistem administrator sertifikati belə varımdır. Vindovsu bir neçə dəfə ehtiyat kimi başqa hard diskdə saxlayıb linuxa keçməyə cəhd etmişəm ama ürəyimə yatmayıb heş biri.. Linux distrb. içərisində hansını məsləhət görərsiz? P.S. Ubuntu deməyin..

Verilmiş cavablar və yazılan şərhlər (16 cavab var)

Ruslan Butdayev (2012-02-16 23:31:07)
:))) Deyəsən çox gözəl və maraqlı bir movzuya toxunmuşam.. Bu gun imkanım olmadı işə getmədim ama sabah bir az vaxt ayırıb yoxlamaga çalışacam 11.1 rel. i.. bu defe de alınmasa apreli gözləyəcəm səbrsizliklə.. Hamınız çox sağolun ki belə canl könüldən yardım etməyə çalışdınız.. P.S. developmentə aid hər hansı işim olmur... mənim işim ya terminalla olur ya da FF ilə :)).. arada da playerlə... Sadəcə kompdan gözlədiyim əməliyyatın sürətli yerinə yetirməsidir..(sadə əməliyyatların..)

Emin Mastizadeh (2012-02-16 21:00:41)
Yaradıcılıq. To develop sözü yaratmaq kimi tərcümə edilir. Amma developer kimi də demək olar, çünki artıq bir çox ölkələr developer sözünü danışıqda tərcümə etmirlər. Bir növ yeni beynəlmiləl sözdür))

ahmed (2012-02-16 13:16:41)
Düz buyurursunuz. Mənim cavabımda development deyəndə hər-cür development başa düşülür. Amma əslində mən təkcə kernel developmenti nəzərdə tuturdum. Bütün digər development işləri üçün Ubuntu idealdır, amma kernel development üçün təssüf ki yox. Bunu şəxsi təcrübəmdən deyirəm. Misal üçün həm ubuntu da, həm də fedorada linux nüvəsin kompilyasiya etsəniz fərqi açıq-aydın hiss edəcəksiniz. P.S. development sözünün münasib tərcüməsin bilən varsa qeyd etməyin xahiş edirəm.

Emin Mastizadeh (2012-02-16 11:29:43)
Məndə veb və Android (mobile) developmentdir,ona görə də Ubuntu tam qane edir. Problem demək olar ki,olmur. Unity qrafiki tam özəlləşdirdi.Artıq Ubuntu heç bir sistemə oxşamır. Və superkey artıq lazımlı oldu(unity menyunu açmaq üçün) . Mənə lazım olan hər şey Ubuntuda var. Evdə Anam Azərbaycan dilli Ubuntunu istifadə edir. Başadüşülməz tərcümələri mənə deyir mən də launchpaddə düzəldirəm) İşlətdiyiməsas proqramlar: Eclipse, Android SDK, Firefox+Firebug, Chrome+SEO Tools, gedit, bluefish, apache,php,mysql, Terminal. Bu proqramlar isə Ubuntuda əla işləyirlər. Bir də Terminala vərdiş yaranıb. sudo apt-get Fedorada işləmir))

ahmed (2012-02-16 09:42:17)
Mən də uzun müddət Ubuntu işlətmişəm, amma tədricən yollarımız ayrılası oldu. Sərt disk demək olar ki dolmuşdu, tezt-tezt fayllar sistemi səhvləri baş verirdi. Nəticədə sistemi live USB ilə yükləyib fschk eləməli olurdum. Sonuncu dəfə də fschk home qovluğun sildi. Sonra çox çətinliklə bəzi fafllarımı lost-founddan qaytara bildim. Amma ubuntudan imtina elədim. İmtinanın başqa səbəbi (ən əsas) istifadəçi və proqramlaşdırma interfeysinin bəzi hissələrində windowsa oxşarlıq müşahidə olunurdu. Hal-hazırda fedora işlədirəm və classik Unix interfeysindən həm istifadəçi, həm də proqramlaşdırma cəhətdən tam mənada zövq almaq mümkündür. Nəticə olaraq onu deyə bilərəm ki, əgər istifadəçi kimi sistemdən faydanlmaq istəyirsinizsə Ubuntu Linux paylamaları arasında ən yaxşısıdır, əgər development məqsədləri üçün istəyirsinizsə onda Fedora və ya Red-Hat (sonuncu pulludur ~ 49$ desktop edition). Linus Torvalds da əsasən Fedora və Mandriva işlədib.

Emin Mastizadeh (2012-02-16 04:17:00)
Siz əgər windows sisteminin dizaynına öyrəşmisizsə o zaman ZorinOS-i yoxlayın. Ubuntu əsasındadır, dizaynı vindovsa oxşadılıb. Sürəti də normaldır. Bir də, heç vaxt inanmaram ki,hansısa kompüterdə vindovs Ubuntudan sürətli işləsin. Hətta bu yaxınlarda sürət testi apardılar, Ubuntu vindovs 7-ni hər şeydə keçdi. Bircə bir dənə oyunda birazca geri qaldı,amma digər oyunlarda vindovsu sürətcə qabaqladı. Ola bilsin siz nəyisə düz yazmamısız. Belədə indiyə qədər yoxladığım bütün kompüterlərdə ubuntunun göstəricisi daha yaxşıdır. Mən özüm əlavə olaraq 320GB-lıq HDD external yaddaş kartına Ubuntu yazmışam və kompüterim yanımda olmayanda da həmin kartla istənilən kompüterdə ubuntunu qoşub rahatca işlərimi görürəm.

Emin Mastizadeh (2012-02-16 04:09:25)
Ümumiyyətlə Ubuntu Soft Centerdə artıq linux üçün hazırlanmış pdf reader var. Düzü yazmamışam amma commentlərdə işlədiyi yazılır. Mən ubuntunun öz pdf readerindən istifadə edirəm(hansı ki default qurulur). İndiyə qədər heç bir pdf fayl ilə problemim olmayıb.

musarir (2012-02-16 02:07:15)
muasir, pdf məsələsi nə vaxt olmuşdu tqdk ilə? mən keçən il inişillərdə dediyiniz saytdan tanışlarçün pdf çıxarmışam, problemsiz. Bundan başqa online toollar da var, məsələn Google Docs-un pdf vieweri də var, istənilən tip pdf-i aça bilir. Və yaxud sizi o vaxt Wine xilas edə bilərdi. Wine ilə məhz Adobe Reader install edib işlətmək olar Ubuntuda Elvin bu hadisə çoxdan olub artıq 4-5 il keçib yəqin bir balacada ,naşılıqdan etmişəm,amma yadımdadır ki,o zamanlar weboxu`da ya səhv eləmirəmsə qwe (köhnə qwerty.az) bloq post`da həsr etmişidilər tqdk`nın bu problemlərinə ,sonradan Mac os üçündə nələrsə elədilər.Daha TQDK`lik bir iş olmadığı üçün xəbərdar deyildim düzəlişlərdən ,təşəkkürlər bildirdiyiniz üçün

Elvin Hacı (2012-02-16 01:36:12)
muasir, pdf məsələsi nə vaxt olmuşdu tqdk ilə? mən keçən il inişillərdə dediyiniz saytdan tanışlarçün pdf çıxarmışam, problemsiz. Bundan başqa online toollar da var, məsələn Google Docs-un pdf vieweri də var, istənilən tip pdf-i aça bilir. Və yaxud sizi o vaxt Wine xilas edə bilərdi. Wine ilə məhz Adobe Reader install edib işlətmək olar Ubuntuda

Elvin Hacı (2012-02-16 01:33:33)
10.04 yoxlayın, LTS-dir, hələ də support olunur. Yəqin xəbərdarsınız LTS və adi release fərqi barədə. Belə ki Ubuntunun daim iki versiyası available olur. Son release, bir də stabil və yaxşı işləyən LTS versiya. 11.10-dakı ciddi buglardan sonra mən də düşünürəm 12.04 ilə birgə LTS istifadəçisinə çevrilim.

Elvin Hacı (2012-02-16 01:31:04)
İnterfeys baxımdan əksər distrolar zəifdir bir az, elə bil 90-cı illərin style-ındadır əksəri. Gərək güclü customization aparıla ki abıra minə. Ən əsas istisna Ubuntudur, dizaynı çox gözəldir. LinuxMint də çox yaxşıdır. Siz elə LinuxMint sınayın onda. Həm sürət baxımından şikayət eşitməmişəm, həm də interfeysi yaxşıdır. Ümumiyyətlə distroların reytinqində də 1-ci yeri ələ keçirib son 1 neçə ayda, həmişə 1-də Ubuntu olurdu. Ubuntunun dediyiniz parametrli kompüterdə ağır işləməsi çox qəribədir doğurdan, səbəbi maraqlıdır, çünki 11.10 hətta zəif netbuklarda belə işləyə bilir. Bir şeyi də əlavə edim ki, 11.10 əvvəlki release-lərə nisbətən ən qeyri stabil versiyadır, 12.04 ilə çox güman əksər problemlər aradan qalxacaq. Özü də 12.04 Long Term Supported olacaq deyə onu 3 il dəyişmədən işlətmək olacaq.

Ruslan Butdayev (2012-02-16 01:30:28)
Dell :) Əvvəl hp də işlədirdim normal idi. ubuntu 9 ya 10 idi.. düşünürəm ki bu 11 ci versiyadan qaynaqlanan bir problemdir.... Səhər yenə yoxlayacam :) gorüm nə olacaq..

musarir (2012-02-16 01:20:27)
laptop nədir ? dell , Hp , və.s dirsə normal işləməlidir. Amma nədənsə toshiba ilə deyilənə görə yola getmirlər (bu əvvələrin söbəti idi ) Amma bu unity`dəndə qaynaqlana bilər . çünki həldə tam təşəkkültapmayı və vidik`lərin (video card ) bəziləri ilə yola geməyə bilər

musarir (2012-02-16 01:15:04)
Elvin düz buyurursan ki linux`la yola gedə bilməyənlər qayıdırlar dos əsasli ,windows ƏS`lər. Amma sizə bir praktikadan danışım zamanında qəbul imtahanları vaxtı ,TQDK`nın hələ online əməlliyatalar təzə başladığı vaxtlar idi ,onda imtahana buraxılış vərəqəsini ubuntu altında defolt ubuntu PDF oxucuya oxutdura bilmədim ki çap edib çıxardım ,çünki bizim tənbəl web coder`lərimiz nədənsə əksərən bütün nizamaları win OS base həll etmişdilər və fayl`ı yükləmə qalxdıqda hər dəfəsində PDF deyildə nədənsə adobe.exe`nın olub olmadığı sorğulanırdı sonra PDF yüklənirdi, bunun üstündə düz bir gün güləşdim ubuntu eşqinə ,axırda reboot windows`da həll edəndə gördüm ki bütün online əməlliyatlar win OS üzərində optimizə edilib. Yəni yazdığımın məmmədağası odur ki hər ehtimala qarşı ,hard disk`də win base bir OS qurulmuş olsun/ P.s open suse`də sınamağa dəyər əgər KDE`dən qorxmursansa belə baxanda GNOME`də olmalıdır seçimlərdə

Ruslan Butdayev (2012-02-16 01:09:39)
Yox ubuntu istifadə edirdim ikinci əməliyyat sistemi kimi. 1 il əvvəl harda 6 aya yaxin ubuntu istifadə etdim. ama yadımda deyil nəyə görə kecdim vind. a. ama indi yene yoxladim ama 11 ci versiya cox agir oldu mənim üçün şox gec işləyirdi [code] WIN 7 64bit CPU: core2duo p8600 2.4GHZ Memory: 6144MB NVIDIA quadro nvs 160M (3051mb) HDD 500 GB 5400 RPM [/code] bu konfiq. mənim laptopumdur. bu konfq. ilə ubuntu 11.1 64bit yazdım. çox ağır işləyirdi sistem. netdə təklif olunan bütün variantları yoxladım boost üçün ama istədiyim kimi olmadı. vin 7 kimi sürətli olsun mənə bəs edərdi qalanları onszuda həll olunardı. Sildim 32bit yazdim yenə də o qədər effekt vermədi məcbur suyum süzülə süzülə qayitdim bill dayının yanın :)).. suse interfeysini bəyənmədim :)

Elvin Hacı (2012-02-16 00:44:49)
Yəqin cavab verən çox olar, ilk olaraq mən yazım fikrimi: Ən məsləhətlisi elə Ubuntudur, community, app, update və.s. baxımdan daha güclüdür. Ubuntu istəmirsinizsə, Debian və ya LinuxMint sınayın. Hər ikisi özünü doğrultmuş sistemdir. Ubuntu, LinuxMint və Debian hər üçü Debian əsaslıdır məlum olduğu kimi, bir-birinə çox oxşardırlar strukturca. Qaldı cəhd edib yenidən qayıtmanıza, məncə bu başlanğıc maneəni dəf edə bilməməkdən irəli gəlir, bir çox dostlarda müşahidə etmişəm, hansısa öyrəşdiyi nəyisə burda düzüb qoşa bilmədiyindən səssizcə qayıdır Windowsa sonra yenə bir müddət sonra başqa Linux distrosunu qurur, yenı eyni hadisə. Ona görə də Linuxa keçəndə biryolluq Windowsu silib keçmək daha yaxşıdır. Nə problemi olsa, çətinlik olsa, Google var, community-lər var, heç bir problem unikal deyil demək olar ki, ona görə də həlləri asanlıqla tapılır. Şəxsən mən o vaxt Wubi ilə test elədim bir müddət Ubuntunu, əsas şeyləri öyrənəndən sonra artıq 2 ildir ki birdəfəlik Ubuntudayam və bu müddətdə Windowsun varlığı belə yadıma düşməyib. Paralel ikisini də saxlayıb gah bunu gah onu işlətsəydim, çətin ki Ubuntuya keçidim alınardı, çünki daha çox öyrəşdiyimə qaçacaqdım daim.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Linuxda ad-hoc şəbəkə yaratmaq

Linux script kömək

Ubuntu unicode problemi

Linux-da proqram quraşdırılması

Evdə Web Server qurmaq ?

İT sahələrindən hansı sahənin kursuna başlamağı məsləhət görərdiniz?