“Standard Int’l Shipping”-lə təqib nömrəsi(tracking number)

Məhsul alınıb, ödəniş də edilib. Məhsulun qiyməti 24.49$, çatdırılma haqqı 0.99$(Standard Int'l Shipping). Məndə məhsulun təqib nömrəsi var. Lakin, istifadə edə bilmirəm. Bu haqda məlumatı olanlar, paylaşmağı unutmayın. Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Elvin Hacı (2012-02-17 09:28:19)
Standart çatdırılan malları təqib etmək olmur. O nömrə sadəcə itbat olanda araşdıra bilinməsi üçündür. Malın harda olduğun ancaq express çatdırmalarda bilmək olur. Məsələn USPS göndəribsə usps.com-a daxil olub tracking bölməsində nömrəni daxil edib enteri basmaqla malın marşrutunu görmək olur. Eləcə də Fedex, DHL və.s. saytlarda

Bahruz Garamammadov (2012-02-17 02:51:27)
http://pages.ebay.ca/help/sellerguide/shipping/tracking.html bu linkə əsasən satıcı malı satdıqdan sonra alıcıya tracking nömrəsi və link göndərilməlidir. email-ə. ordan yoxluyursunuz.

Ülvin Təvəkküllü (2012-02-16 21:28:27)
eBay.

Bahruz Garamammadov (2012-02-16 21:27:35)
hansı saytdan almısınız deyin baxım.

Ülvin Təvəkküllü (2012-02-16 21:22:57)
Elə problem də, “Standard Int'l Shipping”-in rəsmi internet səhifəsini tapa bilməməyimdədir.

Bahruz Garamammadov (2012-02-16 20:33:58)
Siz baxın məhsul hansı poçt xidməti ilə göndərilib. Ya satıcıdan soruşun desin. Sonra o poçt xidmətinin saytına daxil olun, orda tracking üçün form olmalıdır. Tracking nömrəsini daxil edin məhsulunuzu izləyin.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ebay-dən alınan mala görə POÇT ödənişi

Ebaydan necə sifariş verilir?

Ebay çox təcili sual az vaxt var

ebayda pulun geri qaytarılması

aliexpress batareyka problem

Ebayda kredit…