Windows ilə Linux hostinqlərinin fərqləri nədir?

Host şirkətləri iki növ hosting təqdim edirlər. Linux və windows. Bunların bir birindən fərqləri nədə olur? Hansı halda linux və hansı halda windows sistemi məsləhətdir?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Emin Mastizadeh (2012-02-17 13:18:36)
Ümumiyyətlə əgər asp sizə lazım deyilsə onda linux seçin. Daha stabil, daha əhlükəsiz, daha sürətli və daha rahatdır. Dünyanın ən yaxşı 50 superkompüteri açıqlanıb,onlardan yalnız 1i Windowsdur. Qalanları isə Unix,Linux və digər sistemlər. Məndə kompüterdə linux nüvəli Ubuntudur,və localserverdə windowsa nisbətən işləmək qat-qat rahatdır.

Kerbela-Esqi (2012-02-16 23:49:22)
Men yalniz PHP skriptlerle isleyirem. Asp-dan heleki anlayisim yoxdur. Cavabiniza gore teskkr. bes PHP desteyine gore hansi daha ustun sayilir Linux yoxsa windows?

Elvin Hacı (2012-02-16 23:47:32)
Hostinq olaraq eyni resurslar, eyni imkanlar yaradıldığından bu iki növ hostinqdə elə də ciddi fərq olmur. Sadəcə Linux hostinqlər qat-qat populyardır, asan həll olduğuna görə. Windows hostinqlər asp.net saytlar üçün yararlıdır. Digər texnologiyalar isə(php, java, python, ruby və.s.) platformadan asılı deyil və Linuxlarda da işləyirlər. Bir az üst mərhələdə, server olaraq Linux və Windows serverlər arasında ciddi fərqlər var 1. Windows pulludur, aylıq ödəniş olmalıdır əlavə olaraq. Linux isə pulsuz. 2. Windows Linux server ilə müqayisədə qat-qat qeyri stabildir. Dünya üzrə əksər ciddi serverlər Unix-Linuxda çalışır. Dünya superkompüterlərinin də demək olar hamısı Unix-Linuxda işləyir. Windows server yalnın .NET-də qurulmuş saytlar üçün düzgün seçimdir, çünki hər ikisi Microsoft məhsuludur. Amma onu da deyim ki, ASP.NET proyektləri Linuxda da işlətmək olur artıq.(Mono texnologiyası)

Kamran Nadjafzadeh (2012-02-16 23:34:26)
Windowsda həm PHP həm də ASP dilində yazılmış proqram və scriptlər işləyir Amma effektiv işləmə üçün VVindovvsda ASP işlədirlər Linuxda isə yalnız PHP dilində yazılmış proqram scriptlər işləyir ASP heç bir zaman işləməz Linux məsləhətdi deye bilmirəm artıq... Normal istifadəçi olaraq Linux deyim Amma son zamanlar VVindovvs Server xoşuma gəlməyə başlayıb