1366*768mm ölçülü keyfiyyətli kabel hansıdır?

Salam Qardaşlar! 32inç(1366*768mm) LCD TV və 15.6inç Laptop arasında HDMİ kabel vasitəsilə Keyfiyyətli görüntü (High defination) əlaqəsi yaratmaq istəyirəm. Avadanlığın heç biri 3D deyil. Laptop və LCD TV-nin hər ikisində VGA və HDMİ port var. Bildiyimizə görə HDMİ kabel VGA kabeldən daha keyfiyyyətli görüntü verir. QEYD: Amma hər HDMİ kabel də hər dioqnal TV için keyfiyyətli görüntü demək deyildir. Bəzi HDMİ kabellər bəzi LCD tv-lərdə görüntü zamanı ekranda iki tərəfdən, ya aşağıdan ya da yuxarıdan qara boş zolaq qoyur. Mümkünsə 1366*768mm ölçülü TV ilə laptop arasında keyfiyyətli görüntü üçün təklif edəcəyiniz kabelin marka, texniki xüsusiyyətini və modelini yazın. Hər kəsə edə biləcəyi kömək üçün və ayırdığınız dəyərli vaxtınız üçün təşəkkür edirəm. Deyirlər ki, məsləhət pulsuzdur. Mənə görə ağıllı məsləhət külli israfçılığın qarşısını aldığı üçün Çox DƏYƏRLİDİR. Dəyərli məsləhətlərinizi gözləyirəm. Vaxt ayırdığınız üçün hər birinizə təşəkkür.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

justRAhil (2012-02-19 17:19:08)
Hə olar. Çünki sizin istifadə edəcəyiniz kabelin imkanları (1080p) tələb etdiyiniz ölçüdən çoxdur.

Fizuli (2012-02-19 16:27:14)
3D HDMI 1.4 kabel necə? Əlaqəni bu kabellə yaratmaq olar?

justRAhil (2012-02-19 15:10:55)
Salam, mən İT ekspert olmasam da deyə bilərəm ki, bu bağlantı üçün hər hansı fərqli kabel tələb olunmur. istənilən mağazadan əldə etdiyiniz HDMİ və ya VGA kabeli 1366*768 ölçülü ötürməni yerinə yetirə bilər. Sadəcə əmin olun ki aldığınız kabel "poddelka" olmasın(bunu kabelin bağlantı yerlərinin , şünurun uzlüyünün keyfiyyəti və qablaşdırmanın keyfiyyəti ilə müəyyən edə bilərsiniz) .

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Optimal monitor brightness/contrast ayarları

Monitor problemi

Asus A52J LCD kabel

TFT və LCD ekran