Hdmi kabel

Salam Qardaşlar! Xahiş edirəm kömək edin! 3D olmayan 15.6 inch laptop ve 32 dioqnal (resolution 1366*768mm) olan LCD tv var. Laptopu LCD TVye qoşmaq istəyirəm. Bunun üçün hansı HDMİ kabel almağımı məsləhət görərsiniz. 1. 1366*768 genişliyi tutsun, yəni ekranın qıraqlarında qara boş xətt buraxmasın. 2. Keyfiyyətli olsun. LCD TV və Laptopun hər ikisində də HDMİ və VGA port var. Bildiyimə görə VGA ilə birləşdirəndə o qədər də effektli olmur və əməliyyatlar zamanı ekranda gecikmələr olur. Məsləhət görəcəyiniz hər hansı bir kabelin modelini və markasını yazmağınızı xahiş edirəm. MƏslhət verə biləcəyiniz əlaqə kabelinin uzunluğu göstərmə keyfiyyətinə təsir etməz ki????? Hansı uzunluq normaldır? Həmçinin də TV və EuroMAX arasında əlaqə üçün HDMİ kabeli məsləhəti verin. Deyirlər ki, məsləhət pulsuzdur. MƏnə görə ağıllı məsləhət külli israfçılığın qarşısını aldığı üçün Çox DƏYƏRLİDİR. Dəyərli məsləhətlərinizi gözləyirəm. Vaxt ayırdığınız üçün hər birinizə təşəkkür.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Emin Mastizadeh (2012-02-22 10:31:36)
Ümumiyyətlə yaxınlaşın hər hansı bir mağazaya, ordan hdmi kabel alın. Sonra kompüterinizdə tv-ni qoşduqda ayrıca ölçü ayarlarını verə biləcəksiz. Artıq orda hansı ölçünü istəsəz seçin. Uzunluğa gəldikdə mağazada olan kabellərin uzunluqları normadan çox olmur.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

internet kabeldə nasazlıq

ötürücü kabel çətinlik

modemə kabel ilə bağlanma

hdmi qoşmaq

HDMİ kabel haqqında

Şəbəkə kabelləri