Dealcent.com saytı haqda

Salam bir sayt haqqında soruşmaq istəyirəm dealcent.com bu sayt çox ucuz qiymətə bahalı mallar verirlər zəhmət olmasa baxıb bunun yalan və yaxud dogru oldugunu deyərdiniz .....Xahiş edirəm

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

T09RU1 (2012-02-21 17:39:15)
nə məlum auksionda olanlardan biri onların öz accountları deyil. Bid-ivi bitirenecen artırır sonda da qalib o olur )) bu menim versiyamdı. Bəlkədə doğrudu sayt. Sadəcə fikrim idi )

Emin (2012-02-21 02:34:08)
Amma yenədə yoxlamamış dəqiq bir söz demək olmaz

Emin (2012-02-21 02:31:53)
Kim fikirləşibsə ağıllı adamdı ( fikrimcə Loxatron variantdı )

Mursel Ali Oglu (2012-02-20 19:02:26)
men aldim 72 bid = $ 52 dollara bir Beats qulaqciq ucun hamisi getdi amma qazana bilmedim ? bu duzdurki ?

Tural Əlisoy (2012-02-20 19:00:25)
Biraz araşdırdım bu sayt haqda.. Bu hərrac kimi bir şeydir. Hər Bid dediyinizdə təklifi 0.01 dollar artırmış olursunuz. Orada bir sayğac var hər məhsul üçün məsələn ipadda 10 san. gözləyir 10 san. içində sizin təklifinizin üstünə bir təklif gəlməzsə məhsulu qazanırsınız. Amma free istifadəçilərin alması qeyri-mümkün kimi bir şey 5 təklif haqqınız var və premiumlar davamlı sizin təklifin üstünə təklif verir.

EskoZ (2012-02-20 18:58:22)
real olar çox güman.Bu saytdan mal alan kəs olsa mövzuya tam aydınlıq gətirərdi.

Mursel Ali Oglu (2012-02-20 18:39:38)
yeni realdi ?

EskoZ (2012-02-20 18:36:08)
Səhv etmirəmsə burda aksiyon söhbəti gedir.Yəni malların konkret qiyməti yoxdu aksiyon vasitəsiylə satılır,mən bildiyim qədəriylə.Bəlkə kimsə tam dəqiq məlumat verər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Nokia lumia 900 telefonunu sifariş vermək istəyirəm

İnternetdən məhsul almaq

Paypalda bir məhsula görə 2 dəfə ödəniş

Paypal-da hesab varsa Ebay-da hesabın açılması

Ebayda spy camera sifarişi

etibarlı ebay satıcısı