Ebay.com-dan sifarişim haqqında….

Salam. Mən yanvar ayının 30unda ebay.com-dan ilk sifariş olaraq 1 dollarlıq nauşnik sifariş vermişdim. Əgər bu sifarişim uğurlu alınsa inşAllah başqa şeylər də sifariş verəcəm. Nəysə... Çatdırılma müddəti 13-25 gün olaraq göstərilmişdi. Hələ ki heç bir xəbər yoxdur. Çatdırılmamaq ehtimalı var? Əgər belə bir şey olsa nə etməliyəm?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Elvin Hacı (2012-03-03 00:48:05)
http://farik.us/profanlar-ucun-ebay-haqqinda/

Konul (2012-03-02 23:03:24)
Salam.Men Ebaydan nece sifarishim verim? zehmet olmasa,onun haqqinda etrafli yazardinizda))

Ilkin Hidayev (2012-02-20 13:48:12)
Oldu, çox sağolun.

davinci (2012-02-20 13:32:20)
Əgər normal feedback-i olan satıcıdırsa, çatırılmamaq ehtimalı azdır. Çünki dəyərindən asılı olmayaraq bu günə qədər sifarişlərimin 99.9 faizi çatıb. Gec olub ama çatıb. Çatmamaqla bağlı problemlər adətən bizim poçt xidmətinin günahı olur. Kiçik qiymətli malların + pulsuz göndəriş olanda gec çatmağı normaldır.

Ilkin Hidayev (2012-02-20 13:13:32)
Bəli. Bu da onun profili.. http://myworld.ebay.com/youcanfindmore2010/?_trksid=p4340.l2559 Oldu, çox sağolun məlumata görə...

Rahil Mirzemmedli (2012-02-20 10:57:37)
+bu mövzuda saytda xeli məlumat var.

Rahil Mirzemmedli (2012-02-20 10:56:46)
Siz əvvəla satıcı ilə əlaqə saxlayın. Əgər satıcı tərəfidən heç bir problem yaranmayıbsa, gecikmə hava şəraitinə görə ola bilər. Siz satıcınızın "TOP SELLER"liyi yaxud "feedback"ı haqqında məlumat toplamısınızmı?

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

half.ebay.com haqqında

ebay malin yola salınması nişanı

Ebay Paypal limit

Ebay’də shippingdə ölkəmizin adı olmağı halda satıcı ilə danışıb malı getizdirmək

Ebayda fırıldaq olurmu

eBay-da forma