Bir provayderlə 2 kompüterin istifadəsi mümkündür?

Hər kəsə salam! Mən bilmək istəryirəm ki, bir şirkətin provayderi ilə 2 kompüter internetə qoşula bilər? Yəni məsələn mənim dostum azeronline şirkətinin provayderini istifadə edir. Ümumiyyətlə azeronlinedə login ev telefonu, parol isə 123456 olur. Məsələn onun provayderi ilə mən də internetə qoşula bilərəm? Bu mümkündür? Əgər mümkündürsə necə? Çünki mən bir iki dəfə yoxlamışam. Modemin nastroykasını yığanda logini onun ev telefon nömrəsini yazmışdım, parolu isə 123456 yazmışdım. Amma internetə qoşula bilmədim. Əvvəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (16 cavab var)

Anar2321 (2015-08-28 17:29:21)
Salam Qaqa birinci azeronlinede senin nomren porta qosulmalidi yeni mademde adsl isigi yanmalidi sonra sen onun nomresinden istifade ede bilersen ve parol yerinde dostun parolu ne yazibsa sende onu yazmalisan

Emin Mastizadeh (2012-02-23 08:36:05)
Mən Wi-Fi ilə 56 kompüteri bir modemə qoşa bilərəm. Burda söhbət başqa şeydən gedir. Sual belədir ki, başqa provayderin login və şifrəsi ilə internetə daxil olmaq.

Nazim Camalov (2012-02-22 12:53:35)
yuxarida yazdiqim usul 100% isleyir. Ozum ucun qosub hazirlamisam. Bir telefon xetti ile 6komputere internet verirem.

Ruslan Butdayev (2012-02-22 10:59:47)
lori dildə izah etməyə hövsələm çatsaydı əmin ol ki müəllimlik etmək təkliflərini qəbul edərdim :)) . sualın konkret cavabı: mümkün deyildir :))

Emin Mastizadeh (2012-02-22 10:18:31)
Sənin verdiyin cavabı qiklər rahat başa düşəcək,amma bu sualı verən qeyri-qiklər çətin. Biraz loru dillə danış)) Mən də qeyd eləmişdim. Hər Provayderdə server ayrıdır,ona görə də telefon birinə qoşulanda digərini istifadə etmək olmur.

Ruslan Butdayev (2012-02-22 10:11:03)
Əslində 100 metrədək olmalıdır. 90 metrdən yuxarı olduqda heç kim təminat verə bilmə məlumat itkisinin olmayacağına..

Ruslan Butdayev (2012-02-22 10:09:38)
Gəlin sizə qoşulmasnı izah edim özünüz qərar verin mümkündür ya yox.. Deməli provider in həmin ats də dslam ı olur. sizin qoşulduğunuz providerin dslam ın mümkün portundan və atsın kross kabelindən xət gəlir. Telefonun iki xətti olur bildiyimiz kimi bu xəttin birindən telefonun zumeri digərindın isə data otürülür.. dediyim kimi bu xəttin biri ats in kross kabelindən digəri isə dslam dan gəlir. indi nə düşünürsüz mümkündür sizcə,

Emin Mastizadeh (2012-02-22 10:01:37)
Bəli, əgər sizdə telefon xəttiniz connectin serverlərinə qoşulubsa onda azeronlayna qoşula bilməyəcəksiz.

Emin Mastizadeh (2012-02-22 10:00:14)
Ondansa bir modemdən 2 dənə lan ilə hər iki kompüteri qoşmaq olar. Və ya mayfaynan. Amma bu o vaxt mümkündür ki,hər iki kompüter yaxında olsun. Uzaqda olanda isə bu mümkün olmur.

Nazim Camalov (2012-02-22 01:51:20)
Salam. Bir pravayderle 2ve daha cox komputer islede bilersiz.bu hec bir qayda pozuntusu sayilmir.eger internetklub ve ofisdirse o zaman elava 6azn odenilir.evdedirse ,o zaman elave odenis lazim deyil. bunun 2modeme ehtiyac yoxdur. Size bir adi modem ve bir denede xab(HUB) cihazi lazimdir. Telefon xetti modeme qosulur,modemden cixan internet kabeli komputere yox xab cihazina qosulacaq. sonra her bir komputere internet xabin kabeli ile qosulacag. komputerler arasinda olan kabelin uzunlugu 200metrden cox olmamali.

isiqaqa (2012-02-21 21:58:07)
Onda məsələn belə çıxır ki, mən əvvəllər connect istifadə etmişəm və ats-də müqaviləni connectlə bağlamışam. Mən indi yalnız conncet istifadəçilərinin adından istifadə edə bilərəm ? Yəni onda azeronlinedən istifadə edə bilməyəcəyəm?

Emin Mastizadeh (2012-02-21 21:45:36)
Provayderi aldatmaq olur, bu asandır, amma bu saytda bu barədə yazmaq olmaz.

Emin Mastizadeh (2012-02-21 21:44:47)
Hamınızda səhv var)) Sadəcə sizin ev telefonunuz ATS-də həmin provayderin serveri ilə qoşulmalıdır. Bunun üçün provayderin ofisinə getməlisiz. müqavilə bağlamalısız. Bundan sonra onlar ATS-ə bu haqda ərizə yollayırlar və sizin nömrəni həmin provayderin servisinə qoşullar. bundan sonra hər ay ödəniş edirsiz. Bundan sonra təbii ki aylıq ödənişi edirsiz. login və şifrəni istəsəz özünüzünki, istəsəz dostunuzunkun yığa bilərsəz. o şərtlə ki, hər ikinizdə eyni provayder olsun. Bir də şirkətin provayderi olmur. Provayder internet xidmətini verən şirkət mənasındadır. Azərbaycanda provayderlərə nümunə: Alfanet, Azeronline, Bakinternet və s. Bir də orda sizin tarifinizə uyğun olaraq müxtəlif serverlərə qoşullar. ona görə də gərək dostunuzda da həmin tarif olsun.

Kamran Nadjafzadeh (2012-02-21 20:12:32)
Yox Tural səhvin var... Yalnız eyni telefon nömrəsi üçün mümkündür Yoxsa hamı bir birinin internetini istifadə edə bilərdi ki... Login Parola qalsa Bakinternetdə telefon nömrəsi həm logindi həm parol onda 1 adam qoşulardı hamı istifadə eləyə bilərdi

isiqaqa (2012-02-21 20:00:22)
necə əlaqə yaratmaq lazımdırki? Kim gəlib quraşdırmalıdır? Mən belə nəsə edə bilmərəm? Mənim modemim var, amma istəyirəm ki, məsələn bir provayderdən hər ikimiz istifadə edək. Modemim D-Link DSL-2640U

Tural Əlisoy (2012-02-21 19:47:53)
Bəli mümkündür. Amma bu siz edən yolla deyil. Gərək provayderinizlə əlaqə yaradısız onlar gəlib quraşdırsınlar