Flash kart problemi

Salam.mən də belə bir problem yaranıb. flash kartlar oxunmur. sistemdə oxunmur. amma boot disk vasitəsi ilə oxunur. sistem Win7dir. yəni istəmirəm sistemi yenidən yükləyim. hər hansı bir proqramla və s. yol ilə vəziyyəti düzəlmək varsa zəhmət deyilsə deyərdiniz.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

emil7319 (2012-02-22 22:15:40)
təşəkkürlər köməyə görə. amma bir şey deyim ki gərək hər dəfə yeni flash taxdıqda drayveri obnovit etmək məcburiyyətində oluram. driver pack 12 proqramını qoyub driverləri obnovit etdim. amma yenə yeni flashi obnovitdən sonra taniyır.

BNM (2012-02-22 15:34:39)
Chipset drayverini yenidən quraşdır. Düzələcək.

Emin Mastizadeh (2012-02-22 11:13:31)
FreeBSD nədi? Linux Ubuntu forever))

Ruslan Butdayev (2012-02-22 10:57:08)
komputerdən doğru istifadəni öyrənmək lazımdı :)).. . / FreeBSD də SQL server qaldırmaq kimi :))

Emin Mastizadeh (2012-02-22 10:24:55)
Ruslan, bir dəfə driveri qurtdalayanda daha avtomatik axtarmır. Yalnız gərək başqa porta taxasan, ya da ən rahatı maual olaraq axtarış verəsən.

Ruslan Butdayev (2012-02-22 10:20:13)
Adətən vin7 internetə qoşulu olanda belə driverləri avtomatik tapıt. boyük ehtimalla komp ya netə bağlı deyil ya da update ləri söndürülüb.

Emin Mastizadeh (2012-02-22 10:10:32)
Sizdə driver problemi var. Win7də adətən belə problem olmur. Siz belə edin, əvvəlcə flash kartı kompüterə taxın, daha sonra idarə panelinə (control panel) daxil olun, sonra yuxarıda axtarış yerində device manager(dispedçet ustroystv) yazın,gələn proqramı açın. Orada kompüterə taxılmış hər şeyin siyahısı gələcək. Kompüteri internetə qoşun, həmin proqramda yuxarıda plug and play düyməsinə basın. Tapa bilməsəz o zaman siyahıda sual işarəsi ilə işarələnmiş bölmə olmalıdır. Onu açın, orada driver bölməsi olmalıdır. Orda driveri dəyişməyi seçin və daha sonra internetdə axtar bölməsini seçin. Bununla proqram özü lazımı driverləri tapıb yükləməlidir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Fleşi sayta necə əlavə edim?

Nokia C6-00 üçün flash player

FlashXML faylını redaktə etmək istəyirəm

Flash temada Azərbaycan dili problemi

Flashda problem

WordPress Oyun temasında çətinlik.