İnternetdə yayımladığım məlumatların rəsmiləşdirilməsi.

Mən öz saytımın adını (Məsələn: qubadov.info) və saytda dərc etdiyim məlumatlarımı necə hüquqi şəkildə rəsimləşdirə bilərəm. Sayt adına gəldikdə isə mən istəyirəmki istifadə etdiyim saytı başqa domen uzantısı adı altında istifadə olunmasın. Ümumiyyətlə internetdə məlumatların istifadəsi və qorunması haqqında qanunlar toplusunu haradan əldə edə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

Emin Mastizadeh (2012-02-24 13:31:56)
Heç yerdən. Məsələn mənim saytım creative commons lisenziyası ilədir. İstədiyin məlumatı köçürdə bilərsən,amma o şərtlə ki, backlink qoyasan saytıma. Bəziləri GNU Public-dən istifadə edir, apache-də çox yayılıb. Qanunlar isə həmin lisenziya çərçivəsində vergi ödəyən saytların hüquqlarını qoruya bilərlər.

Qubadov (2012-02-23 23:43:23)
Yaxşı deyə bilərsiniz, internetdə məlumatların istifadəsi və qorunması haqqında qanunlar toplusunu haradan əldə edə bilərəm?

Qubadov (2012-02-23 23:41:16)
Cox sağolun cavaba görə.Diyəsən qəliz məsələ olacaq

Emin Mastizadeh (2012-02-23 23:36:09)
Yalnız bir yolu var ki,o domenləri alasız. Çünki o domen sizim adınızla olsa da başqa mövzuda ola bilər. Məsələn windows.ru pəncərələr və ya başqa şey haqqında olsa o zaman ona məhkəmə heç nə edə bilməz. Başqa nümunə, dostum tvitterdə AzTV1-in akkauntunu işlədir. AzTV kanalı ondan bu adı ala bilmir, soruşanda deyir bunun mənası Azərbaycan Təzədən Varlanır,Mənim yazılarımla-dır. Ona görə də heç kim heç nə deyə bilmir,arada serial və filmlərin vaxtını soruşurlar))

Elvin Hacı (2012-02-23 23:23:38)
Bunun qarşısını almaq hədsiz çətin məsələdir. Domen boş və satış senzurasızdırsa kim istəsə ala bilər. Xaricdə bu işdən cuddi pul qazanan adamlar var. Alırlar sonra maraqlı şəxsə 1000qat baha qiymətə satırlar. Pul vermək istəməyən məhkəməyə müraciət edir. Məsələn Microsoft teztez belə məhkəmələrlə öz brendləri olan domenləri toplayır. Son aymmlarda windows.ru uğrunda vuruşurdu, bilmədim məhkəmə necə bitdi

Qubadov (2012-02-23 23:17:17)
Cavaba görə çox sağol.Diesen duz başa sala bilmədim.Tutaqki mənim hal-hazırda işlətdiyim sayt qubadov.info-dur amma mən istəmirəm ki başqa bir şəxs qubadov.com,qubadov.az kimi domen adı altında sayt açsın.Mən bunun qarşısını necə ala bilərəm və ya qanunla tənzimlənirmi?

Emin Mastizadeh (2012-02-23 22:25:13)
Bunun üçün saytı dövlət qeydiyyatından keçirməlisiz. Sayta görə hər ay vergi verməlisiz. Düzü bu da elə də kömək etməyəcək. Qaldı ki,saytın başqa domendən istifadəsinə, saytın hostinqi sizin əlinizdədir, siz hansı domenləri qoysaz o domenlə ddə sayta daxil olmaq mümkün olacaq.(Həmçinin ayrıca domenin dannılarına hostinqin ns adreslərinə yazasız.)