Flash temada Azərbaycan dili problemi

Salam Sizlərdən çox xahiş edirəm bilən varsa mənə kömək etsin. Flash tema yükləmişəm internetdən. Ancaq Azərbaycan dili şriftləri göstərmir. UTF-8 Etdim belə yenə göstərmədi.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Rafael Ismayilov (2012-02-24 18:09:59)
Decompiler ile men bunu ede bilmedim. Duzu bunu birinci defedirki edirdim belkede ondan ede bilmedim. Mumkunse bilen varsa komek ede biler?.

Elvin Hacı (2012-02-24 17:42:23)
Fontdandır o. Flash daxilindəki font dəstəkləmir bizim hərfləri. ona görə. Əlac yalnız fla-nı tapıb(decompilerlə ya da) ordan fontu dəyişməkdir.

Rafael Ismayilov (2012-02-24 16:25:30)
Yoxlamiwam onu da amma teesuf ki o curda alinmadi Belkede men bacarmadim

Tural Əlisoy (2012-02-24 15:35:09)
İstəyirsiz swf decompiler edin və fla-ya çevirin. Problem olmasa səhv göstərən yeri düzəldin, şansınızı yoxlayın

Rafael Ismayilov (2012-02-24 15:27:53)
Mesele burasindadirki Temani hazir yuklediyime gore .fla fayl yoxdur yalniz .xml ve .swf fayllari . UTF8 elemiwem alinmayib

Tural Əlisoy (2012-02-24 15:25:41)
Flash ilə XML üzərindən məlumat alırsınız, XML faylınızın başına: [code]<?xml version='1.0' encoding='utf-8' ?>[/code] kodunu yazmanız kifayətdir. Ancaq problem yenə həll edilmədi isə, problemi kökdən həll edəcək olan digər əməliyyat budur: Aşağıdakı kodu .fla faylındakı XML faylını çağırdığımız kodların ən üst qisiminə yazdığınızda işə yaradığını görəcəksiniz. [code]System.useCodepage = true;[/code] Bu fikri internetdə axtararkən rastlaşdım. əgər buda alınmasa bizim hərflərimizi dəstəkləyən fontlardan istifadə edin