Google Chrome çox vaxt öz-özünə bağlanır

Bir müddət əvvəl Google Chrome brauzerində işləyəndə belə bir səhv çıxırdı: Точка входа в процедуру RegGetValueW не найдена в библиотеке DLL ADVAPI32.dll Google-da axtarış verdim, belə bir şey tapdım: ADVAPI32.DLL faylını internetden tapib komputere yukleyib C:/Windows/System32 papkasındakı faylla əvəz etmək. DLL.RU saytına girib bunu eledim, amma əvəz etmək alınmadı. Sonra hansısa forumda başqa bir şey tapdım: Windows Update-i aktiv etmək (Mən deaktiv etmişdim) və Chromu pozub yenidən yazmaq lazımdır. Bunu da elədim.Yuxarıda dediyim Error gəlmədi. Bir müddət hər şey yaxşı idi(mənə elə gəlirdi) sonra yenə də əvvəlki kimi öz-özünə bağlanmağa başladı. Opera işlədə bilərəm,amma bu Chrome-a çox öyrəşmişəm. Belə olanda çox əsəbləşirəm, əsasən də e-mailə gələn məktubları yoxlayanda, ya da Facebook-da yazışanda. Əgər kimdəsə belə bir şey olubsa və həllini bilirsə kömək etsin.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Tural Əlisoy (2012-02-24 12:14:21)
RegGetValueW tələb edir fikrimcə, belə bir şey tapdım yoxlayın görün nə göstərir http://www.getansweronline.com/how-to-repair-reggetvaluew-advapi32-dll.php

Emin Mastizadeh (2012-02-24 12:00:19)
Sistem fayllarını yalnız liveCD ilə dəyişə bilərsiz. Mən Ubuntu LiveCD işlədirəm. Ubuntunu bura basaraq yükləyə bilərsiz. Daha sonra onu hansısa boş CD diskinə yazın və diski kompüterə qoyun kompüteri diskdən boot edin. Bunun üçün kompüteri yandıran zaman boot düyməsinə(hər kompüterdə fərqli olur. Əsasən ESC,F2,F7 və s. Amma çox vaxt kompüter yanarkən ekranda boot düyməsi göstərilir.). Sonra boot bölməsi gələcək və orada hard drive və cd göstəriləcək. CD seçib boot edin. Sonra try Ubuntu seçin. Ubuntu live rejimdə açılacaq. Orada yuxarıdan ana qovluq var,onu seçin. Sonra lap yuxarıdan go bölməsi var. Oradan da kompüter seçin. Bundan sonra disklər gələcək. Biri sizin C diskinizdir. Onu açın və oradan windows/system32 paplasına daxil olun. Həmin faylı ora köçürün. Beləliklə sistem faylı dəyişdiriləcək. Daha sonra sağ küncdən shutdown seçin. Daha sonra diski çıxarın və normal windows açılacaq. Daxil olub rahatca oyununuzu oynayın.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Saytımı Google-a necə tanıdım ?

Google Chrome donur

YouTube ve +google hesabının gmail adresini deyişmək mümkündürmü?

Adsense çekini necə ləğv etdirim

Google Translate heyəti

Notebook-u yandıranda avtomatik chrome brauzeri açılır