Ən yaxşı laptop markası hansıdır?

Qismət olsa, yaxın günlərdə notebook almaq istəyirəm. Ancaq marka və modelini seçməmişəm. Hər birinizin məsləhəti, mənim üçün böyük rol oynayır. Sualım isə belədir, Ən yaxşı laptop markası hansıdır?

Verilmiş cavablar və yazılan şərhlər (14 cavab var)

macid (2013-03-10 14:48:35)
Məndə samsung np300v5ah modelidir.Bir ildən artıqdır ki, işlədiəm hələki bir problemi olmayıb. ram 6 videkart 1 core i7 prosesor.Mənim xoşuma gəlir.Amma çox adam samsunqdan qaçır.Bilmirəm niyə?

erhan (2012-10-30 00:22:13)
HP heddinden cox qizir hem de cox kaprizli markadir

erhan (2012-10-30 00:20:22)
Samsung oz mallarini ucuz qiymete satir.Samsungun esas gostericileri batareyasinin uzun muddet islemesidir.Meselen Samsung 300e5a markalari 6 saat zaryatka ile isleye bilirler 350e5 markalari hetta 8 saat ve 1500 doldurmaya qeder

panda (2012-06-16 14:12:57)
DELL

Elvin Hacı (2012-03-21 20:50:40)
Salam. Sualı sual hissəsinə yerləşdirməniz lazımdır, cavab hissəsinə yazdıqda cavaba cavab çətin ki verilsin

persona (2012-03-21 16:29:22)
samsung almaq isteyirem burda oxudumki meslehet deyil.deyin neyi zeif isleyir umumiyyetle ne kimi problem olurki samsung pisdi deyirsiz?cvlara gore onceden twk. ram 6 video kart 1 core i7 819AZN sizce necedi? parametrleri eladi bes qiymeti?sizce alsam uzunmuddet islede bileceyemmi?

Ali Axundov (2012-03-07 15:34:12)
1.MacBook Pro 2.Toshiba 3.Asus 4.Dell 5.HP 6.Lenovo 7.Samsung 8.Acer

Emin Mastizadeh (2012-02-26 11:56:03)
Yaxşı kompüterlərdir,işlətmişəm. Bircə ekranı gözlərimi dəhşət yorurdu, çəkisi isə içərisindəki avadanlıqlara baxanda normadan çox idi. Amma işləməsi sabitdir.

Ülvin Təvəkküllü (2012-02-26 03:10:23)
Seçimim, DELL oldu. Cavablara görə hər ikinizə təşəkkür edirəm.

Emin Mastizadeh (2012-02-25 21:41:47)
Məni məsələn heç bir mağazada olan noutbooklar qane etmirdi. Ona görə də, PCSpecialistdən Custom Clevo sifariş etdim. Biraz ağırdır. Amma işləməyinə söz ola bilməz. Linux ilə əla işləyir. Yığılanda içərisindəkiləri elə sifariş etmişdim ki, Linux sistemlərində xüsusən də Ubuntuda əla işlədin. İndi onda kalan kod yazıram, yazdıqca adama ləzzət edir. Qardaşım amma oyun oynamağı xoşlayır. Onun üçün Asus markalı noutbook almışıq, intel i seriyalı prosessor, 4GB ram və s. Oyunlar orada əla işləyir. Qiyməti də yaxşıdır.

Elvin Hacı (2012-02-25 19:28:35)
Dell haqda da fikirlər Toshibaya bənzərdir, illərdir Dell-in bizimçün mənfi cəhəti o idi ki, burada servisi yox idi, xarab oldu at çölə, amma eşitdiyimə görə son zamanlar hansısa firmada açılıb servis mərkəzi. Ümumiyyətlə isə məncə markalar üstündə çox əlləşməmək lazım, lazımi parametrlərinizi bir vərəqə yazın, gedin mağazaya, orada sizə parametrləri ödəyən bir neçə marka deyəcəklər, bəyəndiyinizi götürün. Fiziki parametrlərə də fikir verin, çəki, dizayn, istifadə rahatlığı və.s.

Ülvin Təvəkküllü (2012-02-25 14:00:59)
Elvin, Dell haqda fikirlərini ala bilərəm?

Elvin Hacı (2012-02-25 13:39:09)
Birmənalı olaraq ən yaxşı hansıdır sualına cavab çətindir. Sadəcə tanışlardan və şəxsi təcrübədən çıxış edib nəsə fikirlər demək olar. 1. Sony Vaio - əladırlar, keyfiyyətlidirlər, amma digərlərindən bahadırlar. 2. Acer - ucuzdurlar, keyfiyyətlidirilər. Mən şəxsən Acer işlədirəm 3. Asus - reytinqinə görə dünyada ən yaxşı laptop markası hesaba olunur. orta qiymətli və əla keyfiyyətli 4. Toshiba - Haqqında fikirlər bir az ziddiyyətli olsa da etibarlı markadır, qiyməti də ortadır. 5. Macbook - Əla keyfiyyətli, amma bahadırlar. 6. Lenovo - İBM texnologiyalarının davamıdır, keyfiyyətli orta qiymətlidirlər. 1. HP - Ucuz və ziddiyyətlidirlər. Yəni keyfiyyətli modelləri də çoxdur, keyfiyyətsizlər də, əsas axsaması batareyada olur. Xeyli tanışlarım var ki məhz batareya problemindən əziyyət çəkirlər. Dolu ola ola boş göstərməsi, kompun sönməsi, batareyanın soba kimi qızması, tez sıradan çıxması və.s. 2. Samsung - Bu marka haqda da hələ ki ancaq mənfi fikirlər eşitmişəm, üstəlik ucuz deyillər.

Emin Mastizadeh (2012-02-25 12:25:54)
Bu sualdakı cavabıma baxın. Siz satıcıya hansı məqsədlər üçün kompüter istədiyinizi deyin,o sizə uyğun birini versin. Məsələn oyun üçün gərək video kart,ram və prosessor güclü ola və s. Ümumiyyətlə kompüterin daxili hissələri nə qədər güclü olsa o qədər yaxşı.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Notebooku açanda bu işarə gəlir..

Notebook korpus təmiri

HP pavilion dv7-4121er performans problemi

Apple`a fayl yükləmək

İphone almaq haqqında

Sony Xperia