kaTV internet

Salam bəylər, xanımlar Son dövrdə internet provayderləri ilə mənimki tutmur nəsə. 2 ildən çox bakinternet istifadəçisi idi, qətiyyən razı qalmadım, daha sonra streama keçdim və yenə də razı deyiləm. İnternet sürəti, işləmə forması məni qətiyyən qane etmir. Məsələn son 2 gündə internetim demək olar ki, yoxdu. Oysa müqaviləmdə yazılıb ki, hətta ödənişi gecikdirdiyiniz halda belə, 10 gün müddətində sürət azaldılır, kəsilmir. Məndə isə vəziyət tam tərsinədi, birbaşa kəsməsələr də, 11 dəqiqəyə göndərilən paket sayı 511 min təşkil edir, yəni ki, dial updan betərdir, halbuki 2 mbs olmalıdır. kaTV istifadəçisi olduğumdam sualım da bu yönümdədir. kaTV yeni internet xidməti də təklif edir. Soruşmaq istərdim ki, kaTV internetini məsləhət görərdinizmi? Kimsə istifadə edibmi? Bir problem falan yaranmayıbki?! Öncədən təşəkkür,

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Eyvazlı Ələkbər (2012-03-04 22:31:35)
Hər birinizə təşəkkürlər bəylər, Düşünürəm ki, gələn aydan ktv yə keçəcəm.

Qubadov (2012-03-04 01:48:59)
Salam.Qabaqcadan deyimki kaTV isletmemisem ona gore hecne deye bilmerem. Men yaydan beri Bakiinternet isledirem suret 2 mbit- 20azn modem TP-LINK. heleki internetde tutulmalar olmayib bu yaxinlarda 1 saatliq internet olmadi onuda temirle elaqeder kesmisler. Bir meqam var burda internetin kefiyyeti tek atsler deyil hemde telfon kabelleride rol oynayir onun kefiyyeti ve mesafeden aslidir.Mesafe dedikde telfon kabellerinin paylandigi qovsagla senin evinin arasindaki mesafe ne qeder yaxin olsa keyfiyyetde o qeder yaxsi olar

Emin Mastizadeh (2012-02-27 02:28:57)
Mən Dlink işlədirəm. Modem yaxşıdır. Mənə də provayder özü DLinkin yaxşı işləmədiyini demişdi, amma məndə əla işləyir, nastroykalarını özüm vermişəm. 55 kanal da var, arada açıb baxıram.

Musarir (2012-02-26 15:57:58)
Emin amma maraqlıdır ki Alfanet barəsində eyni ilə linux`da toshiba ilə dell fərqi kimidir.Yəni fərqli ATS`lərdə fərqli problemlər yaranır.Birdəki kimdəki Dlink tayfasından modem-router varsa o bütün əksər avadanlılar ilə problemli işləyir.Misal mənim provayderdə o problem var çünki provaderin avadanlığı zyxel`dir modemim isə Dlink uygunlaşmır ki uyğunlaşmır.En pisi odur ki deyilənə görə deməli ən sadə modem Tp-link bu avadanlıq ilə normal yola gedir amma Dlink yox.İndi sizcə gunah provaderdədi ya modemdə ... Yəni deməyim odur ki İT sahədə elektronikanın bir -biri ilə uyunluq göstərməsi vacib məsələdir. Gələk KATV1 net`ə hələki abonenetləri çox deyil deyə yüklənmə azdır deyə bilimir keyfiyyət nə yerdədir Çox az sayda istifadəçi bu xidmətdən istifadə edir deyə onlarda hələki ADSL`ə nisbətdə deyirlərki yaxşıdırgörək sonra necə olacaq əhatəsi və user kütləsi artdıcaq ? Sizə istiqamət arada disput`un iformation tech forumunu izləyin çünki bu mövzular orda daha aktual review edilir

Emin Mastizadeh (2012-02-26 11:53:27)
KaTV-də kabel ilədir internet, ATS-dən asılı deyil. Əla işləməlidir. Mən özüm isə Alfanet işlədirəm. 20 Azn aylıq, 5mbit/san sürət. Bu yaxınlarda 20 dəqiqəlik dayanmışdı. ATS-də serverləri xarab olmuşdu,dəyişdilər. Servis normaldır, bəzən 1 dəqiqəlik tutulma olur, qardaşım daim onlayn oyunlar oynayır(cs,pointblank) və oyun donmadan onlayn rejimdə işləyir. Alfanet nə qədər pis olsa da Azərbaycanda hələlik ondan yaxşı ADSL servis eşitməmişəm.(KaTV ADSL servis deyil.)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

KaTV1 haqqında ( KABEL TV )

Bütün paketləri üstündə olan ƏS

Xırdalanda hansı optik internet yaxşıdı

saytlara girmir

Bakcelldə Sərfəli Tarif planı hansıdır?

hidemyass proxy giriş saytı