Blok kodu itirmişəm

Salam məndə Telefonun modeli Nokia C5-03 dü ,bir neçə vaxt bundan əvvəl kodu dəyişdirmişdim,İndi telefonu kilidə qoymaq istəyirəm amma Kodu yadımdan cıxıb. Kodu yenidən necə bərpa edə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

WaRRioR (2012-02-28 15:41:35)
Telefonun mühafizə şifrəsini (blok kod) tapmaq üçün aşağıdakı üsullardan birindən istifadə edə bilərsən. eç bir problem alınmayacaq və 100% alınacaq. http://mobilim.az/forum/topic_3833 http://mobilim.az/forum/topic_3420 http://mobilim.az/index.php?newsid=12299

Emin Mastizadeh (2012-02-28 12:29:40)
Onda telefonun firmwaresini təzədən yaz. Mən dəfələrlə o proqramı internetdən tapıb yazmışam.

Elmir753 (2012-02-27 14:04:25)
Sen dediyin kimi etdim alinmir yoxdu ele program

Emin Mastizadeh (2012-02-27 13:43:57)
Bunu servis mərkəzində ustaya verirsiz edir. Nokia-nın rəsmi forumu da ancaq servis mərkəzində düzəltməyi məsləhət görür. Amma özünüz risk etmək istəyirsizsə o zaman internetdə çoxlu sis formatlı proqramlar var,telefona yazanda kodu standart koda qaytarır. Bu proqramlar internetdə çoxdur. Sadəcə googleda nokia code unlock yazıb axtarın. Və ya nokiadan sonra telefonunuzun modemi-ni də yazın. Bu tip fayllar pirat saytlarda olduğundan birbaşa link vermək istəmirəm,rahat tapılan proqramlardırlar.